Sabunçu Rayon Icra Hakimiyyəti xəritədə

Sabunçu Rayon Icra Hakimiyyəti

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Muxtar Fətəliyev küçəsi, 56 AZ1000 *** 0 səs

Sabunçu Rayon Icra Hakimiyyəti haqqında

Sabunçu rayonu Abşeron yarımadasının cənub-qərbində dəniz səviyyəsindən 50 m-lik hündürlükdə yerləşir.Sabunçu rayonu Bakının Nizami, Nərimanov, Suraxanı, Xəzər və Abşeron rayonları ilə həmsərhəddir. Bu rayonun iqlim qurşağı subtropik iqlim qurşağıdır, iqlim tipinə görə yarımsəhra quru çöl iqliminə aiddir.Torpağı qumlu-duzlu torpaqdır. Bakı şəhərinin ən iri sənaye rayonu olan Sabunçu rayonunun ərazisi 244.3 kv.m, əhalisi 01.01.2015-cu il tarixə rəsmi qeydiyyatda 237200 nəfərdir.

Sabunçu rayonunun 10 inzibati qəsəbəsindən (Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran, Bilgəh) ibarətdir.Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.

Sabunçu rayonunun tarixi

Sabunçu rayonunun əsası 1920-ci ildə qoyulmuşdur. 1940-1958-ci ildə Maştağa və Lenin rayonu olub, 1965-ci ildə Maştağa Lenin rayonuna birləşdirilib.Rayon 1992-ci ilə qədər Lenin rayonu adlandırılmışdır. 29 aprel 1992-ci ildən Lenin rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır.Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, “Stepan Razin qəsəbəsi” adı verilmiş və 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır.

Sabunçu rayonunda 2014-cü il ərzində həm Dövlət Proqramları çərçivəsində, həm də müxtəlif maliyyə mənbələri hesabına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin icrası, magistral və daxili yolların tikintisi, əhalinin elektrik enerjisi, qaz, su təchizatının yaxşılaşdırılması, yeni istehsal müəssələrinin, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial əhəmiyyətli obyektlərin tikintisi, təmiri, müasir tələblərə uyğun yenidənqurulması, küçə və parkların, yaşayış massivlərinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür.