Bakı Şəhəri Icra Hakimiyyəti xəritədə

Bakı Şəhəri Icra Hakimiyyəti

Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 4 AZ 1001 *** 2 səs

Bakı Şəhəri Icra Hakimiyyəti haqqında

Bakı - Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.Hal-hazırda Bakı şəhərinin ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Bakı Şəhəri Icra Hakimiyyətinin tarixi

Rusiyada şəhər özünüidarə orqanlarının, yəni dumaların və bələdiyyə idarələrinin yaradılması barədə rus imperatoru 1870-ci il 16 iyun fərmanını verdi. Həmin fərmana əsasən, Rusiyanın bütün iri şəhərlərində bələdiyyə idarələri təşkil olundu və dumaların yaradılması seçkilərinə başlandı. Bakıda isə bu fərman ancaq səkkiz il sonra həyata keçirilməyə başlandı. Bunu da onunla izah edirdilər ki, guya qeyri-millətlər özlərini idarə etməyə hələ qadir deyillər.alnız 1878-ci ildə Bakıda Dumaya seçkilər başladı. İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilmişdi.

Duma üzvünə o zaman "qlasnı" deyilirdi. Fərmana görə, azərbaycanlıların sayı Duma üzvlərinin ümumi sayının yarısından çox ola bilməzdi. Dumaya yaşı 25-dən yuxarı olan,daşınmaz əmlak sahibləri və ya 1500 manatlıq məbləğdə ticarət və sənaye müəssisələrinə malik şəxslər seçilə bilərdilər. Bələdiyyə idarələri icraçı, Duma isə qanunverici orqan hesab edilirdi. Şəhər təsərrüfatının qurulması üçün Duma qərar verir, bələdiyyə idarəsi isə bu qərarı yerinə yetirirdi.1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən təşkilatın adı belə olmuşdur:

Bakı Şəhər Duması-1870-ci ildə təsis edilmişdir. Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurmuş.
Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1939-1977
Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1977-1991
Bakı Şəhər İcra Hakimiyyəti - 1991-ci ildən hal-hazıradək

Bakı Şəhər İcra Hakimiyyinin xarici əlaqələr sahəsidəki işini əsası 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətimizin konsepsiyası əsasında qurmuş və bu sahədəki işlər aşağıdakı istiqamətlər üzrə aparılır.Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış şəhərlər Fedarasiyasının üzvüdür.