Excelsior Hotel Baku xəritədə

Excelsior Hotel Baku

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 2 АZ1154 *** 2 səs

Excelsior Hotel Baku haqqında

Excelsior Otel müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən möhtəşəm 5 ulduzlu oteldir. Otel, ənənə və yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla birləşdirir. Otel klassik memarlıqla müasir dizayn elementlərinin vəhdətini təcəssüm etdirir. O, özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyaları ilə Bakının yenilikçi butik otelidir. Bakının işgüzar mərkəzinin yaxınlığında yerləşən Excelsior Oteldən biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə burada sadəcə 25 dəqiqəlik məsafədədir.

Möhtəşəm Excelsior Otelinin bütün fərqli imkanlarından yararlanın

Dəbdəbə və zəriflik Excelsior Otelde başdan ayağa dəbdəbə və zərifliklə əhatə olunacaqsınız. Sayı 61 olan yüksək zövqlə dekorasiya edilmiş gözəl nömrələrdə və dəbdəbəli süitlərdə lüks oteldən gözləyə biləcəyiniz bütün müasir rahatlıqlar təmin olunur. Bütün nömrələrdə fərdi iqlim nəzarəti funksiyalı mərkəzi kondisioner sistemi var.