Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi, eləcə də digər ictimai və özəl donorlar tərəfindən dəstəklənən AF/AƏF, 1993-cü ildən bəri qrant və texniki yardım layihələri vasitəsilə Azərbaycana 18 milyon dollar həcmində vəsait ayırıb.
Fond həm qrant təşkilatçısı, həm də proqram icraçısı funksiyalarını yerinə yetirir. Fondun fəaliyyətini bu proqram mandatı və yanaşma metodları istiqamətləndirir:vətəndaş iştirakı və monitorinq, tədqiqat və ictimai siyasətin gücləndirilməsi, gənclərin məşğulluğu və gənclər fəaliyyətinin gücləndirilməsi, ölkələrarası əməkdaşlıq və “Açıq Qapı” qrant təşkilatçılığı. Fond bu mandatlara, eləcə də yerli və beynəlxalq iş ortaqları və Şura ilə məsləhətləşmələrə əsaslanmaqla, hər il ölkə üçün prioritet olan istiqamətləri müəyyənləşdirir.Fond həmçinin,Avrasiya Fondu şəbəkəsinin üzvüdür. Buraya vətəndaş cəmiyyətini müdafiə edən və Rusiya, Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa regionlarında və Vaşinqton şəhərində yerləşən yerli fondlar daxildir.
Fond biznes, hakimiyyət və donor icmasının fəaliyyətlərində vətəndaşların maraq və fəallığına nail olmaq istəyir. Siyasətin formalaşması və tətbiqi, ictimai və sosial xidmətlərin çatdırılması və ictimai iş ümumilikdə Cənubi Qafqazın ictimai və iqtisadi inkişafına çox böyük təsir göstərir. Fond QHT-ləri, infrastruktur və qanunvericiliyin monitorinqi və layihə qiymətləndirməsinə ictimai sektoru cəlb etməklə, beynəlxalq layihə və audit standartlarına ictimai cavabdehliyi davam etdirməyə təşviq edir. Vətəndaşların birbaşa qoşulması maliyyələşdirilən bütün fəaliyyətlərin əsas tərkib hissəsini təşkil edir. Özəl sektorda şəffaflıq və ən yaxşı beynəlxalq təcrübənin təbliğ olunması iqtisadi iştirak və imkanların artmasına imkan yaradır. AƏF, kiçik və orta miqyaslı şirkətlərin hökumətlə siyasi dialoqu vasitəsilə, dövlət və özəl sektorlar arasında tərəfdaşlığı təşviq edir, həmçinin biznes və peşə təhsil proqramlarının institusional inkişafını təbliğ edir.