ETX Lazer Strike xəritədə

ETX Lazer Strike

Bakı, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 79 AZ1000 *** 1 səs

ETX Lazer Strike haqqında

"ETX Lazer Strike"MMC 2011-ci ildə Azərbaycanda kiçik sahibkarlar və dostlar qrupu tərəfindən yaradılmışdır.Onları bir yerə gətirən Azərbaycanda yüksək səviyyəli lazertaqın yaradılması və inkşafı ideyası olmuşdur.Əsas məqsəd müasir video oyunlara layiqli alternativ tapmaq idi. Belə bir alternativ özündə onların müsbət xüsusiyyətlərini, yəni reaksiyanın, taktiki düşüncənin və komanda ruhunun inkşafını özündə birləşdirib, eyni zamanda oyunçunun monitor arxasında stulda oturmaqdan azad etməli idi. Bu xüsusiyyətlərin hamısı yalnız ultramüasir, adrenalin dolu yeni formatlı bir idman növündə mövcud ola bilərdi.

ETX Lazer Strike xidmətləri

"ETX Lazer Strike" Bakıda ilk iki-mərtəbəli lazertaq idman meydançasıdır.Özündə aktiv ultra-müasir idman və əyləncə elementləri unikal səviyyədə birləşdirən bu oyun növü, artıq ABŞ və Avropa gənclərinin ürəyində öz layiqli yerini tutub.Xüsusi olaraq Sizin üçün, biz öz iki-qatlı 500 kv.m. olan arenamızı ABŞ-da istehsal olunmuş, dünyanın ən müasir və qabaqcıl avadınlığı ilə təchiz etdik.Bu yeni əyləncəvi idman dalğasına qoşulun və birinci olun!Bu gun "ETX Lazer Strike"- mehriban və möhkəm komandadır, və bu komanda hər gün bütün güc və qüvvəsini Sizin və Sizin yaxınlarınız üçün lazertaqı ideal əyləncə məkanı etmək üçün sərf edir.