Epid Biomed xəritədə

Epid Biomed

Bakı, Səbail rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 5 AZ1000 *** 0 səs

Epid Biomed haqqında

Epidbiomed MMC 2004-cü ilin dekabırında Bakı şəhərində yaradılmışdır və fəaliyyət göstərməkdədir. Şirkətin fəaliyyəti yarandığı gündən sürətli və hərtərəfli inkişaf dinamikası ilə səciyyələnir. Bu inkişaf onun qısa müddətdə Azərbaycan Respublikasının bütün regionlarında öz işini qurmasında, əczaçılıq sektorunun dayanmadan genişləndirilməsində, peyvənd idxalının 80-ə qədrinin öz əlində cəmləşdirməsində özünü göstərir. Kadr potensialının yüksəldilməsi və idxal və dövriyyə həcminin artırılması da xüsusi vurğulanacaq faktorlardandır. Əczaçılıq sektorunda özünəməxsus yeri olan “Epidbiomed” MMC yarandığı ilk gündən əhalini dünyanın məşhur farmasevtik brendlərinin yüksək keyfiyyətli dərman preparatları və vaksinləri ilə təmin etməyi hədəfləyib. “Epidbiomed” dünyanın aparıcı beynəlxalq istehsalçıları ilə bağladığı birbaşa müqavilələr əsasında vaksin və zərdabları Azərbaycan bazarına gətirən ən əsas idxalçıdır.