Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) 2003-cü ilin iyul ayında təsis olunmuş və dekabr ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. İctimai Birlik Azərbaycanda daşınmaz əmlak sahəsində əhatəli və professional fəaliyyət göstərən yeganə qeyri-hökumət təşkilatıdır.
Əmlak Bazarı İştirakçıları İctımai Birliyinin fəaliyyət istiqamətləri
- Əmlak bazarı ilə əlaqədar informasiya, marketinq, treninqlər və məsləhət xidməti;
- Daşınmaz əmlak bazarının və bununla bağlı iqtisadiyyatın digər sahələrinin potensial imkanlarının araşdırılması;
- Bazara çıxarılan əmlakın və bağlanan əqdlərin dinamikasının öyrənilməsi;
- Ərazilər və seqmentlər üzrə qiymətlərin təhlili və proqnozlaşdırılması;
- Əmlakın gəlirliyinin və likvidlik dərəcəsinin təyini;
- Regionlar və iqtisadi rayonlar üzrə tələb və təklifin coğrafiyasının analizi;
- Biznes-planların hazırlanması və texniki-iqtisadi, hüquqi əsaslandırmalar
- İqtisadiyyatın bütün sahələri (bank, maliyyə, uçot, qiymət, təhlil, tənzimləmə, statistika, qiymətli kağızlar, lizinq, əmlak, və əmtəə bazarı və s.) ilə bağlı təhlil işlərinin aparılması, iqtisadi layihələrin hazırlanması, sorğuların, seminarların keçirilməsi;
- Daşınmaz əmlakdan istifadəyə dair məsləhətlər verilməsi;
- Xidmət və keyfiyyət standartlarının təhlili və təkliflərin hazırlanması;
- Əmlak təhlükəsizliyi, regional inkişaf, ətraf mühitin mühafizəsi və sosial təminat kimi müxtəlif sahələrdə prioritetlərin təmin edilməsi üçün əmlak mülkiyyətçilərinin fəaliyyətinin qurulması dair təkliflərin hazırlanması;
Birliyin məqsədləri
- Ölkə iqtisadiyyatının bütün sahələri üzrə, o cümlədən daşınan və daşınmaz əmlak bazarı sahəsində həyata keçirilən islahatları, tətbiq edilən texnologiyaları öyrənmək və onların yayılmasına nail olmaq;
- İqtisadiyyatın makro və mikro problemlərini öyrənmək, təhlil etmək və bu sahədə dövlət orqanları ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübələrə əsaslanaraq problemlərin elmi əsaslarla nəzəri və praktiki həlli yollarını araşdırmaq;
- Bölgələrdə iqtisadiyyatın müxtəlif sahələrinin daha da inkişafına, daxili və xarici investorların cəlb edilməsinə kömək göstərmək;
- Regional əmlak bazarlarının inkişaf etdirilməsi üçün qabaqcıl və mütərəqqi ideyaları öyrənmək, yaymaq, mülkiyyətçi təfəkkürünün formalaşması, ekoloji təmiz əmlak yaradılması üçün maarifləndirmə işi aparmaq, elmi, praktiki materialları nəşr etdirmək, peşə standartlarının hazırlanması və xidmətlər göstərilməsi üzrə məsləhətlər vermək;
- Əmlak bazarı iştirakçılarının – kommersiya qurumlarının, rieltorların, bankirlərin , sığortaçıların, qiymətləndiricilərin, brokerlərin, maliyyə məsləhətçilərinin, hüquqşünaslların, memar və arxitektorların, dizaynerlərin, mühəndis konstruktorların, layihəçilərin və s. ayrı-ayrı layihələrdə birgə iştirakı ilə təkliflər hazırlamaq, tədbirlər həyata keçirmək və s. məsələlər də birliyin əsas məqsədlərinə aiddir.