Isveç Krallığının Azərbaycandaki səfirliyi xəritədə

Isveç Krallığının Azərbaycandaki səfirliyi

Bakı, Səbail rayonu, Nizami küçəsi, 69 AZ1005 *** 1 səs

Isveç Krallığının Azərbaycandaki səfirliyi haqqında

İsveç, rəsmi adı İsveç Krallığı Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir.İsveç 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində bu sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və davam etməkdə olan urbanizasiya ilə əlaqədar bu rəqəmin daha da artması gözlənilir. Ən böyük şəhəri Stokholmdur.

İsveçin uzun müddətli müstəqillik ənənələri var, ölkə öz müstəqilliyini hələ orta əsrlərdə əldə etmişdir. XVII əsrdə İsveç öz torpaqlarını genişləndirərək imperiya halına gətirmişdir. Lakin sonradan XVIII və XIX əsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirmiş, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olunmuşdur. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmaqdadır.

İsveç-Azərbaycan əlaqələri

İsveç Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci ilin yanvar ayının 16-da tanımış, ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin may ayının 8-də qurulmuşdur. 1998-ci ilin fevral ayında İsveçin Bakıda Fəxri Konsulluğu açılmışdır. İsveçin Bakıdakı Fəxri konsulu Eldar
İsmayılovdur. 11 mart 2005-ci ildə Azərbaycan Respublikasının İsveç Krallığında səfirliyinin təsis edilməsi haqqında Qanun imzalanmış, səfirlik
2008-ci ilin yanvarında fəaliyyətə başlamışdır. Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədovdur. İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Mikael Eriksondur (iqamətgahı Stokholmda olmaqla).8 aprel 2011-ci ildə Milli Məclisdə Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibi təsdiq edilmişdir. Qrupun sədri Elton Məmmədovdur.