Serbiya Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Serbiya Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Səbail rayonu, Qəsr küçəsi, 70 AZ1004 *** 1 səs

Serbiya Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Azərbaycanla Serbiya arasında diplomatik əlaqələr 1997-ci ildən qurulub. 2010-cu ilin 25 mart tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasinda Səfiri təyin edilmiş Eldar Həsənov etimadnamələrini Serbiya Prezidentinə təqdim etmişdir. Serbiya Azərbaycanda iqamətgahı Türkiyədə olan Səfirliyi vasitəsilə təmsil olunurdu. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili fəaliyyətə başlamışdır. Serbiya Respublikasının Azərbaycana təyin olunmuş Səfiri Zoran Vayoviç 26 may 2011-ci il tarixində etimadnamələrini Azərbaycan Prezidentinə təqdim etmiş, 6 mart 2014-cü ildə fəaliyyəti başa çatmışdır. 23 oktyabr 2014-cü ildə Serbiyanın Azərbaycana yeni təyin olunmuş Səfiri Neboyşa Rodiç öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.

Qarşılıqlı əlaqələr

2011-ci ildə Belqrad parklarının birində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 3 metrlik heykəli ucaldılıb. 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olub. 2013-cü ildə Bakıda serb-amerikalı alim Nikola Teslanın abidəsinin açılışı keçirildi. Serbiyada ən iri layihələrdən biri – Liq-Prelin avtomagistralının «Koridor -11» sahəsinin inşası üçün Azərbaycan Serbiyaya 308 mln. avroluq kredit ayırıb. Saziş 25 illikdir, kredit illik 4 faizlə verilir.

1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. Bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycanın paytaxtından gəlib. Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü dövlətin mövqeyini belə açıqlayıb: "Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur".Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarıyıla geri çağırılıb. Aprelin 15-də taqım Azərbaycana qayıdıb[