Pakistan tam adı Pakistan İslam Respublikası Cənubi Asiyada yerləşən dövlətdir. Cənubda Benqal körfəzi, qərbdə Əfqanıstan və İran, şərqdə Hindistan və şimal-şərqdə Çin ilə həmsərhəddir.Pakistan - ölkəyə bu ad 1933-cü ildə siyasi-aktivist Çudhari Rəhmət Əli tərəfindən verilmişdir. Mənası isə “paklar diyarı” deməkdir. Bu ölkənin adının tam açılışı da vardır. Belə izah edirlər ki, ölkənin adındakı ilk hərf olan “P”– Pəncab, “a”– afqan, “k” – Kəşmir, “s” – Sinda, “tan” isə - Belucistan deməkdir.Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.
Pakistan İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda,1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının İslamabadda səfirlikləri açılmışdır. Hazırda, Azərbaycan Respublikasının Pakistanda səfiri D.Şikarovdur.1995-ci il 9-11 oktyabr tarixlərində Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Bakıya rəsmi səfər etmişdir.1996-cı il 9-11 aprel tarixlərində Prezident Heydər Əliyev Pakistana rəsmi səfər etmişdir.2004-cü il 8-10 iyul tarixlərində Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana rəsmi səfər etmişdir.
2005-ci il 12-13 aprel tarixlərində Prezident İlham Əliyev Pakistanda rəsmi səfərdə olmuşdur.2006-cı il 5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz Azərbaycana səfər etmişdir.2008-ci il 18-20 iyun tarixlərində Pakistan Senatının sədri M.Sumro Azərbaycan Parlamentinin 90 illiyi münasibətilə keçirilmiş tədbirdə iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.Azərbaycan-Pakistan parlamentlərarası əlaqələrüzrə işçi qrupun rəhbəri Əliağa Hüseynovdur.