Moldova Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Moldova Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520/12 AZ1073 *** 1 səs

Moldova Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Moldova Respublikası — Avropanın cənub-şərqində dövlətdir. Şimalda, şərqdə və cənubda Ukrayna, qərbdə Rumıniya ilə həmsərhəddir.1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldova Respublikasının nəzarətindədir.Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.

Azərbaycan və Moldova arasında diplomatik əlaqələr

Azərbaycan və Moldova arasında diplomatik əlaqələr 29 may 1992-ci ildə qurulmuşdur.15 mart 2004-cü ildə Azərbaycanın Ukraynadakı Səfirliyinin Kişineudakı ofisi, 5 oktyabr 2005-ci ildə isə Azərbaycan Respublikasının Moldovadakı səfirliyi fəaliyyətə başlamışdır. 1 noyabr 2005-ci ildə Moldovanın Azərbaycan Respublikasındakı səfirliyi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Moldova Respublikasında səfiri Namiq Əliyevdir, Moldova Respublikasının ölkəmizdə səfiri İqor Bodiudur.8 aprel 2011-ci ildə Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rəbiyyət Aslanovadır.Moldova Parlamentində parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Violeta İvanovadır.Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında 53 ikitərəfli sənəd imzalanmışdır.

Yüksək səviyyəli qarşılıqlı səfərlər

  • 2004-cü il 26-27 oktyabr - Prezident V.Voroninin rəsmi səfəri.
  • 2005-ci il 21 aprel - Prezident İ.Əliyevin rəsmi səfəri
  • 2008-ci il 23-24 aprel - Prezident V.Voroninin rəsmi səfəri
  • 2009-cu il 9 oktyabr - MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Prezident İ.Əliyevin işgüzar səfəri