Latviya Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Latviya Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 1 səs

Latviya Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Latviya Respublikası 8 yanvar 1992-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımış və 11 yanvar 1994-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanın Latviyadakı Səfirliyi 2005-ci, Latviyanın Azərbaycandakı Səfirliyi isə 2005-cı ildə təsis edilmişdir. Ölkələrimiz arasında 30-dan çox ikitərəfli saziş imzalanmışdır. Hər iki ölkə arasında bütün sahələrdə və səviyyələrdə əlaqələr mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı ilin 3-5 oktyabr və 2011-ci ilin 16-18 yanvar tarixlərində Latviya Respublikasında rəsmi səfərdə olmuşdur.3 oktyabr 2005-ci ildə Latviya prezidenti xanım Vayra Vike-Freyberqa, 2009-cu il avqustun 10-12-də Latviya prezidenti cənab Valdis Zatlers Azərbaycanda rəsmi səfərdə olmuşlar. Bununla yanaşı ölkələrimiz arasında Baş Nazir, Xarici İşlər Naziri, Parlament Sədri səviyyəsində məhsuldar səfərlər həyata keçirilmişdir. Bu tutur istər nazirliklər istərsə də digər dövlət qurumları arasında da mütəmadi olaraq baş tutur.

Yüksək səviyyəli qarşılıqlı səfərlər

  • 2005-ci il 2-4 oktyabr - Prezident V.Zatlersin rəsmi səfəri
  • 2006-ci il 3-5 oktyabr - Prezident İ.Əliyevin rəsmi səfəri
  • 2009-ci il 9-13 avqust - Prezident V.Zatlersin işgüzar səfəri
  • 2011-ci il 16-18 yanvar - Prezident İ.Əliyevin rəsmi səfəri

Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Rövşən Rzayevdir.2 oktyabr 2010-cu ildə Latviya - Azərbaycan Parlamentlərarası dostluq qrupun formalaşdırılmışdır. Qrupun sədri Aleksandrs Sakovskisdir.Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında 28 sənəd imzalanmışdır.