Italiya Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Italiya Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Səbail rayonu, Kiçik Qala küçəsi, 44 AZ1000 *** 1 səs

Italiya Respublikasının Azərbaycandakı səfirliyi haqqında

İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir.

Azərbaycan-İtaliya əlaqələri

AR Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimlidir. İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir.Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında 30 sənəd imzalanmışdır.2012-ci ilin 29 noyabr tarixində İtaliya Senatında “İtaliya-Azərbaycan münasibətlərinin iyirmi illiyi” mövzusunda keçirilmiş konfransda İtaliyada səfərdə olan Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr qrupunun rəhbəri Azər Kərimli və digər üzvləri iştirak etmişdirlər. Səfər çərçivəsində Azərbaycan nümayəndələri 29 noyabr tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının sədri
Canfranko Fini tərəfindən qəbul olunmuşlar.

Yüksək səviyyəli qarşılıqlı səfərlər

  • 1997-ci il 24-27 sentyabr - Prezident H.Əliyevin rəsmi səfəri
  • 2005-ci il 24-26 fevral - Prezident İ.Əliyevin rəsmi səfəri
  • 2008-ci il 25-26 noyabr - Prezident İ.Əliyevin rəsmi səfəri
  • 2011-ci il 2 iyun - İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə Prezident İ.Əliyevin səfəri
  • 11-22 dekabr 2007-ci il - İtaliyanın iqtisadi inkişaf naziri P.L.Bersaninin səfəri
  • 15 fevral 2013-cü il- İtaliya xarici işlər nazirinin müavini M.Dassunun Azərbaycana səfəri