Iran Islam Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Iran Islam Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 4 AZ1001 *** 1 səs

Iran Islam Respublikasının Azərbaycandakı səfirliyi haqqında

İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur.Hər iki ölkənin (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır)səfirlikləri, İranın Bakıdakı Mədəniyyət Mərkəzi (1993-cü ildən) və Naxçıvan MR-də Baş Konsulluğu (1992-ci ilin dekabr ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir. Hazırda,Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovdur.

Qarşılıqlı səfərlər və görüşlər

1993-cü il 26-28 oktyabr - İran İslam Respublikasının Prezidenti Əkbər Haşemi Rəfsəncani Azərbaycana rəsmi səfər etmişdir.1994-cü il 29 iyun-2 iyul - Prezident Heydər Əliyev İrana rəsmi səfər etmişdir.1996-cı il 12-13 may - Prezident Heydər Əliyev İrana səfər etmişdir ( Sərəxs-Tecən
dəmiryolu xəttinin açılış mərasimin ).1997-ci il 8-11 dekabr - Prezident Heydər Əliyev İrana işgüzar səfər etmişdir ( İslam Konfransı Təşkilatının 8-ci Zirvə Toplantısı).2000-ci il 9 iyun – Prezident Heydər Əliyev İrana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 6-cı Zirvə Görüşü).2002-ci il 18-20 may - Prezident Heydər Əliyev İrana rəsmi səfər etmişdir.2004-cü il 5-7 avqust - İran İslam Respublikasının Prezidenti Seyyid Məhəmməd Xatəmi Azərbaycana rəsmi səfər etmişdir.2005-ci il 24-26 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana rəsmi səfər etmişdir.2005-ci il 20 dekabr - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana (Naxçıvan Muxtar Respublikası) rəsmi səfər etmişdir.

2006-cı il 5-7 may - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).2007-ci il 21-22 avqust - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər etmişdir.2007-ci il 16 oktyabr - Prezident İlham Əliyev İrana işgüzar səfər etmişdir.(Xəzəryanı Ölkələrin Dövlət Başçılarının 2-ci Zirvə toplantısı).2009-cu il 10 mart - Prezident İlham Əliyev İrana rəsmi səfər etmişdir.2010-cu il 17 noyabr - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər etmişdir.2012-ci il 15-16 oktyabr - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı).