Hindistanın Azərbaycandakı səfirliyi xəritədə

Hindistanın Azərbaycandakı səfirliyi

Bakı, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, 31/39 AZ1069 *** 2 səs

Hindistanın Azərbaycandakı səfirliyi haqqında

1991-ci il dekabrın 26-da Hindistan Respublikası Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulmuşdur. 2004-cü ilin oktyabr ayında Hindistanda Azərbaycan səfirliyi açılmışdır. Hazırda, Azərbaycan Respublikasının Hindistanda səfiri İ.Hacıyevdir.1998-ci il 23-25 iyun tarixlərində Hindistanın xarici işlər üzrə dövlət naziri V.Race Azərbaycanda səfərdə olmuşdur.1999-cu il sentyabrın 14-də Asiyada qarşılıqlı fəaliyyət və inam Müşavirəsinə üzv ölkələrin xarici işlər nazirlərinin Almatı şəhərində keçirilən görüşü çərçivəsində Azərbaycan Respublikasının və Hindistan Respublikasının Xarici işlər nazirləri
T.Zülfüqarov və C.Sinqh görüş keçirmişdir.

İkitərəfli səfərlər

2005-ci il 7-12 iyun tarixlərində Bakıda keçirilən 12-ci Xəzər Neft Qaz Sərgi və Konfransında iştirak etmək məqsədilə Hindistanın neft və təbii qaz naziri Mani Şankar Aiyarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.2006-cı il 9-12 yanvar tarixlərində Hindistanın maliyyə nazirinin dəvəti ilə maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Hindistana səfər etmişdir.2007-ci il 10-12 aprel tarixlərində Hindistanın ticarət üzrə dövlət naziri C.Rameş Azərbaycanda rəsmi səfərdə olmuşdur.Qeyd etmək lazımdır ki, BMT-də Dağlıq Qarabağla bağlı keçirilən səsvermələrdə Hindistan Respublikası 1996 – 1999-cu illərdə Azərbaycanın lehinə səs vermiş, 2000 – 2004-cü illərdə isə bitərəf qalmışdır. 2004-cü ilin sonuncu rübündə Azərbaycan Respublikasının Hindistanda səfirliyinin açılması iki ölkə arasında mövcud olan diplomatik əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə zəmin yaratmışdır. İkitərəfli əlaqələrə toxunduqda qeyd etmək lazımdır ki, Hindistandan Azərbaycana nazir və nazir müavinləri səviyyəsində bir sıra səfərlər olmuşdur. Eyni zamanda Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı olaraq bir neçə səfər həyata keçirilmişdir.

Azərbaycanla Hindistan arasında mədəni əlaqələr

Azərbaycanla Hindistan arasında mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur. 1996-cı il 19-20 oktyabr tarixlərində mədəniyyət sahəsində mübadilə çərçivəsində Bakıda hind teatr truppasının tamaşası təşkil olunmuş, 27 sentyabr 2005-ci il tarixində Hindistan kinosu günləri keçirilmişdir. “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi üzrə BMTnin Baş Assambleyasında 14 mart 2008-ci il tarixində keçirilmiş səsvermədə Hindistanın qeyd olunan layihənin əleyhinə səs verməsinin Azərbaycan tərəfində anlaşılmazlıq və ciddi narahatçılıq doğurmuş, iki ölkə arasında münasibətlərin inkişafına mənfi təsir göstərən hadisə olmuşdur. Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclasının 2009-cu il 26-27 noyabr tarixlərində keçirilmişdir.