Almaniya Federativ Respublikası Qərbi Avropada yerləşən dövlətdir. Şimalda Şimal dənizi, Danimarka və Baltik dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə həmsərhəddir.Almaniya 16 federal əyalətdən ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci dünya müharibəsindən sonra iki hissəyə bölünən ölkə, 1990-cu ildə yenidən birləşdi. Avropa Birliyinin yaradıcılarından biri olan Almaniya 81.8 milyon əhalisi ilə AB-də say etibarilə ilk yeri tutur.BMT (1973), NATO (1955), G8 və G4 təşkilatlarının üzvü olan Almaniya dünyanın öncül dövlətlərindən biridir. Ölkə ÜDM həcminə görə dünyanın üçüncü böyük iqtisadiyyatına malik olmaqla yanaşı əmtəə ixracatına görə birinci, idxalatına görə isə ikinci yeri tutur. 2007-ci ildə həm Avropa Birliyinin Nazirlər Şurası, həm də G8-in növbəli rəhbərliyi funksiyalarını həyata keçirib.
Almaniya və Azərbaycan arasındakı mədəni əlaqələr sıx və rəngarəngdir və 200 illik ənənəyə bağlıdır. Bugünki əlaqələrin əsasını 1995-ci ildə imzalanmış Alman-Azərbaycan Mədəniyyət Sazişi təşkil edir və həmin vaxtdan da şərtiicra olunur. Alman-Azərbaycan mədəniyyət komissiyası hər beş ildən bir görüşür.2008-ci ildə Azərbaycan Almaniyada ilk dəfə ”Xaricdə Azərbaycan mədəniyyət günləri“təşkil etdi. 2009-cu ildə Almaniya Səfirliyi Azərbaycanın altı şəhərində ümumi sayı 50-dən artıq tədbirlə geniş ”Almaniya Həftələri“ni qeyd etdi.Almaniya və Azərbaycan arasındakı siyasi əlaqələr çox yaxşı səviyyədədir. Qərbi Avropada Almaniya Azərbaycan üçün ən vacib tərəfdaşlarından biridir.Almaniyanın xarici siyasətində sülh və azadlıq əsas yer tutur. Buna yalnız bizim BMT, NATO, “Böyük Səkkizlər”, ATƏT və Avropa Birliyindəki əməkdaşlarımız ilə etibarlı əməkdaşlığımız sazäsindä nail olmaq olar.
1819-cu ildən etibarən Cənubi Qafqazda şvab köçkünlərməskunlaşdılar və bir sıra yaşayış yerləri yaratdılar. Xüsusilə görməli olan Azərbaycanın qərbində yerləşən Göy Göl (əvvəlki Helenendorf) rayonudur. Burada yol boyunca XIX əsrdən qalmış şvab evləri hələ də qalmaqdadır. Oradakı alman kilsəsi 2008-ci ilə qədər Federal Hökumətin maliyyə dəstəyi ilə Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən restavrasiya edildi. Hal-hazırda Almaniya Səfirliyi azərbaycanlı siyasət xadimləri və sponsorların dəstəyi ilə qonşu Şəmkir (əvvəlki Annenfeld) rayonunda köhnəlmiş daha bir alman kilsəsinin restavrasiyasına çalışır. Alman köçkünlərinin irsinin izləri həmçinin Bakıdada hələ də qalmaqdadır. 28 May küçəsində yeni təmir olunmuş 1908-ci ildə əsası qoyulmuş protestant-lüteran kilsəsi ucalır.