Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37 AZ1025 *** 2 səs

Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Azərbaycan və Kolumbiya Respublikaları arasında diplomatik münasibətlər 13 sentyabr 1994-cü ildə qurulmuşdur. Hal-hazırda Azərbaycan Respublikasının Meksikadakı Səfiri İlqar Muxtarov eyni zamanda Kolumbiyada akkreditə edilmişdir.Səfir İlqar Muxtarov 30 avqust 2011-ci ildə etimadnaməsini Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santosa təqdim etmişdir.24-26 iyul 2012-ci il tarixlərində Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Kolumbiya Respublikasına səfər etmişdir.

Parlamentlərarası əlaqələr

28 mart 2012-ci il tarixində Kolumbiya Senatının II Konstitusional Daimi Komitəsinin sədri Senator Alexandra Moreno Pirakive tərəfindən irəli sürülmüş "Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi" barədə Qərar Senatın II Konstitusional Daimi Komitəsində səsverməyə qoyulmuş və Komitə üzvləri tərəfindən qəbul edilmişdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktının öz əksini tapdığı və Xocalı faciəsinin məhz soyqırımı aktı kimi tanıyan Qərar 28 mart tarixində təsdiq (ratifikasiya) edilməsi üçün daha sonra 102
senatorun istirakı ilə Senatın plenar sessiyasına təqdim edilmiş və yekdilliklə qəbul edilmişdir.

2012-ci ilin 30 iyun – 5 iyul tarixlərində Kolumbiya Senatoru Alexandra Moreno Pirakivenin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin dəvətinə əsasən Azərbaycanda səfərdə olmuşdur.2013-cü ilin 15 fevral tarixində Kolumbiya Senatının Xarici əlaqələr komitəsinin üzvü, Senator Alexandra Pirakive tərəfindən Azərbaycan Respublikasının Prezidenti,Milli Məclisinin sədri və Azərbaycanın Meksikadakı Səfirinin ünvanlarına Xocalı Soyqırımı qurbanlarının yad edilməsi məqsədi ilə Kolumbiya Senatı və xalqının
həmrəyliyini nümayiş etdirən məktublar göndərilmişdir.

Kolumbiya və Azərbaycan arasında siyasi sahədə əməkdaşlıq

22-29 noyabr 2007-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Kolumbiyada keçirilmiş Ümumdünya Ticarət Təşkilatının Baş Assambleyasının 17-ci sessiyasında iştirak etmək üçün Kolumbiyada səfərdə olmuşdur.7-9 iyul 2011-ci il tarixində Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə direktoru Alfonso Soria Mendoza və Kolumbiyanın Rusiyadakı səfiri Dieqo Xose Tobon Azərbaycanda səfərdə olmuş, AR XİN, AR Mədəniyyət və Turizm Nazirliyi,İqtisadi İnkisaf Nazirliyi və Sənaye və Energetika Nazirliyində görüşlər keçirmişlər.20 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olqin (Maria Angela Holguin) Nyu-Yorkda, BMT Baş Məclisinin 66-ci sessiyası çərçivəsində görüşmüşlər.