Bolqaristan Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Bolqaristan Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Nərimanov rayonu, Hüseyn Cavid prospekti, 13/520 AZ1073 *** 2 səs

Bolqaristan Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Bolqarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımış və 5 iyun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi 1999-cu illin dekabr ayında fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Azərbaycan Prezidenti İ.Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır. Hal-hazırda Azərbaycan Respublikasının Bolqarıstanda səfiri E.Kərimovdur

Bolqarıstan Respublikası haqqında

Bolqarıstan Respublikası Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Makedoniya Respublikası, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.Əfsanəyə görə, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar "auksionda" iştirak ediblər.Bolqarlar isə bu vaxt torpaqda "eşələnirmişlər", – axşamacan zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indi Bolqarıstan adlanan ərazini hədiyyə edib.
Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.

İkinci dünya müharibəsindən sonra, Bolqarıstan İttifaqının əlaltısına çevrildi. Ölkənin 2004-cü il mart ayında NATO-ya daxil olması Qərb dünyasına inteqrasiya yolunda Bolqarıstanın ən böyük uğuru oldu.Kommunizmin dağılmasından sonra Bolqarıstanın demokratiya və bazar iqtisadiyyatına keçidi asan olmadı. 90-cı illərin birinci yarısında siyasi qeyri-stabillik və tətillər davam etdi. Öz partiyalarının adını sosialist kimi dəyişdirən kommunistlər yenə də böyük təsirə malik idilər. 90-cı illərin ikinci yarısında isə ölkədə daha çox stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub.

2001-2005-ci illər arasında baş nazir vəzifəsini keçmiş çar II Simeon tutanda, ölkə iqtisadiyyatını Avropa Birliyi meyarlarına uyğunlaşdırmaq məqsədilə aktiv bazar islahatları keçirdi. Nəticədə, Bolqarıstan inflyasiyanın və həmin vaxta qədər 20 faizə çatan işsizliyin azalması ilə iqtisadi inkişafa nail oldu. Buna baxmayaraq, əhalinin həyat səviyyəsi və gəliri hələ də aşağı olaraq qalır. 2004-cü ildə Bolqarıstan Avropa Birliyinə (AB) namizədlər arasına düşmədi. Amma artıq 2005-ci ilin aprel ayında ölkə birliyə daxil olmaq barədə müqavilə imzaladı və 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi.