Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi xəritədə

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi

Bakı, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 144/108 A AZ1000 *** 1 səs

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi haqqında

Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur. 1994-cü ilin iyun ayında Birləşmiş Ərəb ƏmirlikləriAnkaradakı Səfirini Azərbaycana akkreditə etmişdir.1994-cü ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT üzv dövlətlərin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən zirvə toplantısı çərçivəsində BƏƏ Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanla görüşmüşdür.

Yüksək səviyyəli qarşılıqlı səfərlər

1994-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin başçılıq etdiyi nümayəndə heyəti BƏƏ-yə rəsmi səfər etmiş, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin məktubunu BƏƏ Prezidenti Şeyx Zayed Bin Sultan Əl Nəhyana təqdim etmişdir.2003-cü ilin 08-10 iyul tarixlərində BƏƏ kommunikasiya naziri Əhməd Humeyd Əl Tayerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.2004-cü ilin 22-29 aprel tarixlərində Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu BƏƏ-də rəsmi səfərdə olmuşdur.2005-ci ilin 6-7 aprel tarixlərində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov BƏƏ-də səfərdə olmuşdur.2006-cı ilin 2-3 aprel tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev BƏƏ-də rəsmi səfərdə olmuşdur.

2006-cı ilin 5-7 may tarixlərində Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BƏƏ-yə rəsmi səfər etmişdir
2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda keçirilmiş İKT xarici işlər nazirlərinin XXXIII konfransında BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Məhəmməd Hüseyn Əl Şaalinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.2006-cı ilin 20-21 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri həyata keçirilmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın görüşü keçirilmişdir.2007-ci ilin 2-3 may tarixlərində Azərbaycan Respublikası nəqliyyat naziri Ziya Məmmədov BƏƏ-də rəsmi səfərdə olmuşdur.