Elor Elektrik Bakıxanov pr. xəritədə

Elor Elektrik Bakıxanov pr.

Bakı, Nərimanov rayonu, Bakixanov prospekti, 66 AZ1000 *** 3 səs

Elor Elektrik Bakıxanov pr. haqqında

“ELOR” şirkəti Malaziya və Avropa istehsalı olan işıq texniki məhsulların geniş çeşidlərinin satışı ilə məşğuldur. Şirkətin mağazalarında incəsənətin orijinal məhsulu olan çılçıraqlar və işıqlandırıcı alətlər təqdim olunur. “ELOR” – Bakıda çıraqların satışı ilə məşğul olan ən böyük mağazadır. Burada istənilən ölçüdə və hündürlükdə çıraq ləvazimatlarının hazırlanması üçün sifarişlər mümkündür. Çılçıraqlar kristaldan olan müxtəlif dekorasiyalar ilə - Asfour, Swarovskidən olan xrustallardan asılqan dekorasiyalar ilə bəzədilir. Çılçıraqlarda və digər işıqlandırıcı alətlərdə hər şeyə ehtiyac vardır. Axı mənzillərdə, ofislərdə, kotteclərdə, restoranlarda, mexmanxanalarda və bir çox digər obyektlərdə rahatlığın yaradılması və işıqlandırma üçün, bu ləvazimatlar - əvəzolunmaz əşyalardır. Mövcud çeşidlər arasından çılçıraqların, torşerlərin, braların, stolüstü lampaların seçimində Sizə satış üzrə yüksək ixtisaslaşdırılmış nümyəndələrimiz yardım edəcək. Burada siz, bəyəndiyiniz və interyerin tərzinə və dizaynına uyğun olanları seçə bilərsiniz. Biz sizin evinizdə və iş yerinizdə rahatlıq və komfort yaratmaq üçün bizdən asılı olan hər bir şeyi edəcəyik. Mağazaları gəzmək və seçim etmək üçün vaxtınız olmayan zaman, bizim işıq üzrə ixtisaslaşdırılmış və təcrübəli dizaynerlərimiz və menecerlərimiz interyerin xüsusiyyətlərini və sizin tələblərinizi nəzərə alaraq fərdi layihə işləyib hazırlayacaq. Bundan sonra çatdırma xidməti öz işini yerinə yetirəcək, montaj üzrə işçilər isə istənilən konfiquryasiyaya və mürəkkəbliyə malik olan alınmış çılçıraqları və işılandırıcıları quraşdıracaq. Bizim məhsulların çeşidi olduqca genişdir və hər zaman genişlənməkdədir. “ELOR” şirkətinin əsas prinsipi hər bir alıcıya fərdi yanaşmadan ibarətdir.