Elegant Travel xəritədə

Elegant Travel

Bakı, Səbail rayonu, Nizami küçəsi, 166 АZ1010 *** 1 səs

Elegant Travel haqqında

Eleqant Travel 2005-ci ildə təsis edildiyi gündən bu günə xidmətlərinin keyfiyyəti, səyahət və turizmə yenilikçi baxışı və turistlər və işgüzar səfər üçün səyahət edən iş adamlarının yaxından hiss etdiyi etibarlı xidmət ilə yadda qalmışdır.Eleqant Travel şirkətinin Korporativ Səyahət Şöbəsi müştərilərlə birlikdə işləyərək onların ehtiyaclarını dinləyir və hər bir müştəriyə xüsusi hazırlanmış səyahət xidmətləri təklif edir.Biz səyahət xidmətlərinin hər bir sahəsi üzrə ixtisaslaşmışıq – belə ki, şirkətimiz Azərbaycan bazarında qabaqcıl şirkətlərdən sayılmaqdadır. Bizdən razı qalan müştərilərimizin təkrar-təkrar bizi seçməyi bizi daha da gücləndirməkdədir.Bizim səyahətlərin idarə olunması sistemlərimiz elə təşkil olunmuşdur ki, korporativ müştərilərimizin dünyanın istənilən nöqtəsindəki bütün ehtiyaclarına cavab verə bilməkdəyik.

Bizim fəaliyyətimiz

Biz inanırıq ki, korporativ səfərlərin təşkili və idarə olunması bir elm olmaqla yanaşı eyni zamanda incəsənətdir. Elmdir, ona görə ki, bütün hesablar incə işlənməli və korporativ müştərinin səyahət büdcəsinə sərfəli olan təkliflər olunmalıdır. İncəsənətdir, çünki səyahət emosional məsələdir və ona qayğı və etinayla yanaşmaq lazımdır.Bu mühüm iki məsələni nəzərə alaraq, Eleqant Travel korporativ səyahət paketlərində iki aparıcı məfhuma diqqət edir – sərfəli qiymət və keyfiyyətli xidmət.Sizin səyahətiniz bizim biznesimizdir. Sizin biznesinizin uğuru bizim üçün daha güclü partyor deməkdir.Sizin daim artan tələblərinizə vaxtında və səmərəli cavab vermək üçün bizim xüsusi korporativ səyahət komandamız yeni elektron sistemlər üzərində işləyərək, onlayn və offlayn xidmətlər hazırlamaqdadır.