Effektiv Təşəbbüslər Mərkəzi xəritədə

Effektiv Təşəbbüslər Mərkəzi

Bakı, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, 101 AZ1000 *** 1 səs

Effektiv Təşəbbüslər Mərkəzi haqqında

“Effektiv Təşəbbüslər Mərkəzi” (ETM) demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi 2005-ci ildə bir qrup tarixçi, hüquqşünas, iqtisadçı, politoloq və jurnalistlin birgə təşəbbüsü ilə yaranmış qeyri-hökumət təşkilatıdır.Təşkilat 2005-ci il aprelin 25-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.Təşkilat ölkəmizdə mütərəqqi dünya dəyərlərinin, demokratiya ideyaları və səffaflıq prinsiplərinin öyrənilməsi və təbliğinə, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının milli-mənəvi zənginliyinin, azərbaycançılıq ideyasının yayıımasına, Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinə töhfə vürmək məqsədilə yaradılıb.

Effektiv Təşəbbüslər Mərkəzinin fəaliyyəti

Təşkilatın fəaliyyət dairəsinə qeyd olunan istiqamətlər üzrə təşəbbüs və təkilflərin irəli sürülməsi, cəmiyyətdə aktuallıq kəsb edən mövzularda mətbuatda (Azərbaycan və rus dillərində) analitik,maarifləndirici yazıların dərc etdirilməsi, sorğuların keçirilməsi, konfrans və müzakirələrin təşkili, xaricdəki azərbaycanlı diaspor təşkilatları, QHT-lərlə əlaqələr və s. daxildir.Təşkilat Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin, tarixi saxtakarlıq kampaniyasının ifşası, Azərbaycan xalqının tolerant, mədəniyyətlərarası dialoq tərəfdarı olduğunun dünyaya çatdırılmasında fəal iştirak edir. Bu məqsədlə 2006-2008-ci illərdə Göygöl şəhərində (keçmiş alman yaşayış məskəni olan Helenendorf) Almaniyadan dəvət olunmuş alimlərin iştirakı ilə beynəlxalq konfranslar keçirilmişdir.ETM-in analitik qrupu Azərbaycanda baş verən aktual ictimai-siyasi hadisələr, regionda və dünyada cərəyan edən geosiyasi proseslərlə bağlı mətbuatda mütəmadi təhlili yazılarla çıxış edir.

Təşkilat 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Azərbaycançılıq – mili eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsini həyata keçirir.Layihə çərçivəsində “Azərbaycan tarixi günbəgün” kitab-təqvimi, www.azerbaycanli.org saytı hazırlanıb.Effektiv Təşəbbüslər Mərkəzi Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının məlumat və əməkdaşlıq Şəbəkəsinin təsisçilərindən (2006-cı ildən) biridir.