İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) məhdud məsuliyyətli cəmiyyəti 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmiş və öz fəaliyyətinə 2010-cu ilin yanvar ayından başlamışdır.Məqsədimiz Azərbaycanda biznesin səmərəli təşkili və idarəolunmasına köməklik göstərmək, o cümlədən beynəlxalq aləmdə qəbul edilən keyfiyyət standartlarına uyğun xidmətlər göstərməyə nail olmaqdır.
Müəssisəmiz müştərilərə korporativ idarəetmə, maliyyə və mühasibatlıq sahəsində tədris xidmətləri göstərməklə yanaşı, kiçik və orta sahibkarlara iqtisadi araşdırmalar və biznes məsləhətləri üzrə peşəkar xidmətlər göstərməkdədir.Yeni yaranmasına baxmayaraq şirkətimiz qısa müddətdə əhəmiyyətli layihələrdə iştirak etmiş və bir sıra müəssisələrə öz xidmətlərini göstərmişdir. Müştərilərimizin siyahısına NEXİA İNTERNATİONAL, TRACEKA kimi beynəlxalq qurumlar, həmçinin Keyfiyyət Assosiasiyası, Qartal MMC, BestComp Group kimi tanınmış müəssisələr də daxildir.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) peşəkar mühasibat uçotu təlimləri sahəsində ixtisaslaşmış xarici investisiyalı birgə şirkətdir. Burada siz mühasibatlığa aid bütün növ xidmətlərdən, eyni zamanda beynəlxalq mühasibat uçotuna dair müxtəlif növ treyninqlərdən istifadə edə bilərsiniz. Belə ki, hazırda İATM müştərilər üçün aşağıdakı mühasibat proqramlarını təklif edir: Beynəlxalq mühasibat + Staj Kursu, Milli mühasibat uçotu standartı üzrə işdə (On Job) treyninq, Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) kursu, DipİFR imtahanına hazırlıq kursları, ACCA və CIMA beynəlxalq sertifikatlaşma kursları, MUST (Mühasibat uçotu üzrə test) imtahanı, QuickBooks Pro beynəlxalq mühasibat proqramı.
Cəmi 3 aya Maliyyə, İdarəetmə və Vergi uçotu + Rəsmi sənədləşmə kursunu bir arada əldə edə bilərsiniz. Bu kurs beynəlxalq uçotu öyrənməyə yeni başlayanlar üçün nəzərdə tutulmuşdur. Kursun müddəti 48 saatdır. Tədris İATM-ın ekspertləri tərəfindən hazırlanmış “Beynəlxalq uçot və hesabata giriş” adlı kitab, yoxlama testləri, praktik məsələlər əsasında aparılır.
Maliyyə hesabatının beynəlxalq standartları (MHBS) əsasında hazırlanmış Milli Mühasibat Uçotu Standartları (MMUS) kursunda mühasibat sahəsində ən azı 1 il iş təcrübəsinə malik olan mühasiblər iştirak edə bilərlər. Dərslər İATM-ın mütəxəssisləri tərəfindən tərcümə edilmiş və Milli Mühasibat Uçotu Standartlarının Şərhləri əsasında hazırlanmış tədris materiallarından istifadə olunmaqla keçirilir.
Artıq İATM-la DipİFR-a hazırlaşmaq daha asan oldu. Beynəlxalq dərəcəli diplom almaq istəyən mühasiblər üçün İATM daha münasib qiymətə fərdi, 2 nəfərlik, qrup şəklində rus və ingilis dillərində DipİFR kursları təşkil edir.
İATM-da ACCA imtahanlarına hazırlaşanlar üçün xüsusi güzəştlər nəzərdə tutulub. Asan başa düşülən, ingilis dilli ACCA diplomlu xarici müəllimlə sərfəli qiymətlərlə istədiyiniz səviyyəni öyrənib heç bir xarici ölkəyə getmədən beynəlxalq səviyyəli diplom əldə edə bilərsiniz.