E-Pay xəritədə

E-Pay

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 89 AZ1000 *** 5 səs

E-Pay haqqında

E-pay nədir? E-pay, Sizi hədiyyə seçimi zamanı yaranan qarışıq fikirlərdən azad etmək üçün ölkənin ən gözəl əyləncə və çoxçeşidli elit xidmət sahələrinin məhsullarını bir araya toplayaraq, müxtəlif nominasiyalarda Azərbaycanın İlk Hədiyyə Paketlərini təqdim edir. E-pay “hədiyyə alternativi” anlayışından da daha irəli gedərək insanlara hədiyyə olaraq təqdim edilən hədiyyə paketinlərindəki 100-lərlə elit hədiyyədən öz zövqünə uyğun öz hədiyyəsini seçmə imkanı yaradır.

E-pay xidmətləri

E-pay yeni bir hədiyyə anlayışı təqdim etməklə Sizi “ənənəvi hədiyyə”lərdən, ümumilikdə qeyri-etik qarşılanan və çox vaxt yerinə düşməyən “pul hədiyyəsi”ndən, yanlış hədiyyə seçərək uzun illər unudulmayan pis xatirələrdən sığortalamış olacaq. E-pay hədiyyə paketləri “digər hədiyyə kartları”ndan fərqli olaraq üzərində heç bir dəyər göstəricisi simvolunu daşımır. Ən üstün cəhəti isə çox vaxt hədiyyə kimi görmədiyimiz və ya hədiyyə edə bilməyəcəyimiz fərqli elit xidmət sektorlarının məhsullarını hədiyyəyə çevirən mexanizm olmasıdır. E-pay partnyorlarının məhsullarını xüsusiyyətlərinə görə qruplaşdıraraq hobbi, özünəqulluq, təam, həyəcan, otel, səyahət kimi fərqli kateqoriyalara ayırır və 5 müxtəlif nominasiyalı paketlərdə yerləşdirərək müştərilərə təqdim edir. Hədiyyə paketlərinin üzərində hədiyyənin qiyməti əks olunmayıb. Hədiyyə paketləri adlarına, dizaynlarına və içərisindəki hədiyyələrin həcm dərəcəsinə görə fərqlənirlər.