E Global Connections xəritədə

E Global Connections

Bakı, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 88 AZ1001 *** 2 səs

E Global Connections haqqında

eGlobal Connections - Böyük Britaniyanın paytaxtında fəaliyyət göstərən müasir, yüksək keyfiyyətli və sosial məsuliyyətli mexanizmi özündə əks etdirən, dünya miqyasında müştəriləri sürətli, etibarlı və sərfəli xidmətlərlə təmin edən bir şirkətdir. eGlobal Connections müştərilərə tam səyahət boyu, onların hər bir tələbatlarını yerinə yetirəcək tam xidmət təklif edir. Şirkət müxtəlif turizm istiqamətləri üzrə geniş çeşidli seçim təklif edir: Tayland, Maldiv adaları, Qoa, Dubay, Şri-Lanka, Mayami Biç və s. Şirkətin baş ofisi rəsmi olaraq Ümumdünya Traveltek Support məlumat bazasına qoşulub. Bu isə yalnız dünynın ən dəyərli və yoxlanılmış xidmət təchizatçıları ilə işləmək imkanı yaradır.

eGlobal Connections şirkətinin xidmətləri

Turizmlə yanaşı eGlobal Connections müştərilərə digər xidmətlər də təklif edir. Misal üçün, Böyük Britaniyada təhsil almaq istəyənləri aşağıdakı üstünlüklər gözləyir: şirkətin baş ofisinin Londonda fəaliyyət göstərməsi ilə bağlı geniş çeşidli seçim imkanı; şirkətin Böyük Britaniyadakı tədris müəssisələri ilə xüsusi razılaşmalarına əsasən sərfəli qiymətlər; Böyük Britaniyanın qanunvericiliyi səviyyəsində müştərilərin və onların vəsaitlərini müdafiə edən sertifikatlaşdırılmış xidmətlər; Birləşmiş Krallqda olduqları zaman müştərilərin tələbatlarına uyğun müxtəlif digər xidmətlər (müşayiət etmə, təhsil yeri ilə tanışlıq, qidalanma, asudə vaxtın təşkili və s.).

Şirkətin təklif etdiyi xidmətlər sırasında korporativ biznes səyahətlər də yer alır. Bununla belə, eGlobal Connections turistlər və tələbələrə Böyük Britaniyaya vizaların rəsmiləşdirilməsi üçün Sterling & Law Associates LLP hüquq şirkəti ilə əməkdaşlıq edir. eGlobal Connections - ın bu yaxıınlarda Bakıda, Mehdi Hüseyn küçəsi, 88-də açılan ofisi Azərbaycan vətəndaşlarına da şirkətin keyfiyyətli və müdafiə olunmuş xidmətlərindən istifadəsini mümkün edir.

Müxtəlif xidmət sahələrini özündə birləşdirən eGlobal Connections səyahətlərin planlaşdırılması və təşkilini sadələşdirərək, onu asan, artıq xərcsiz, əlavə vaxt aparmayan məşğuliyyət edib. Səfər və yaşama ilə yanaşı şirkətin yardımçı xidmətləri Sizin səyahətinizin unudulmaz və zövqlə dolu olmasına kömək edəcək.eGlobal Connections agentliyinin məqsədi –Sizə ən yaxşı qiymətlərlə ən yaxşı təkliflər etməkdir!