Duzdağ Oteli xəritədə

Duzdağ Oteli

Duzdağı Şaxtası yolu, Naxçıvan MR AZ1000 *** 1 səs

Duzdağ Oteli haqqında

Naxçıvanda yerləşən Duzdağ Otelində 100 Standart otaq, 35 Junior Suit, 8  VİP Suit, 1 King Suit (Kral Dairəsi) və 7 Villa olmaqla cəmi 151 deluyuks otaq və otaqların Duzdağ yaxud Araz Çayı mənzərəsi var. Bütün otaqlar xalça ilə örtülü və  divar kağızı ilə müasir şəkildə dizayn edilmişdir. Bütün otaqlarda peyk yayımlı TV, daxili xəttli telefon, mini bar, mərkəzi havalandırma sistemi, seyf, Duş (duş & vanna & WC), saç quruducu mövcuddur.

  • Standart Otaq - sahəsi 28 m2, peyk  yayımlı TV,kabelsiz İnternet, telefon,  mərkəzi kondinsioner, minibar, seyf,  Duş kabin , tualet, Makyaj  stolu,  saç qurutma ücün fen.
  • Junıor Suit - sahəsi 42 m2, peyk  yayımlı TV, kabelsiz İnternet, telefon,  mərkəzi kondinsioner, minibar, oturma dəsti, seyf,  Vanna, Duş , tualet, Makyaj  stolu,  saç qurutma ücün fen.
  • VIP Suıt - sahəsi 80 m2,1 Yataq otağı,  1 salon, bar, Soyuducu, Peyk yayımlı 2 tv, kabelsiz İnternet, telefon,  mərkəzi kondisioner, ,Salonda Oturma  dəsti,  Yemək stolu, seyf, 2 Duş kabini,  2 tualet , Makyaj  stolu,  saç qurutma ücün fen
  • Villa- Sahəsi 90 m2, 1 böyüklər üçün Yataq otağı , 1 “Twinbed” tipli (cüt çarpayılı)  yataq otağı, 1 Salon, Peyk yayımlı 2 TV, kabelsiz İnternet, telefon,  split  kondisioner, ,Salonda Oturma dəsti,  Yemək stolu, seyf, Duş vannası , tualet, Makyaj stolu,  saç qurutma  üçün fen.

Duzdağ Mağarası - Duzdağ Fizioterapiya Mərkəzi

Duzdağ Fizioterapiya mərkəzi Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlüyündə  fəaliyyət göstərir. Fizioterapiya Mərkəzimiz  otelimizdən  2 km uzaqliqdadır. Magara icərisində  Naxcıvan Muxtar Səhiyyə Nazirliyinin   və  Duzdağ Otelinin  Fizioterapiya mərkəzində, 2 ayrı bölümdən ibarət,  Müalicə Mərkəzi vardır. Duzdağ Otel Fizioterapiya  Mərkəzi, beton bloklardan ibarət  hava axımını kəsməyən,  xəstələrin bütün ehtiyacları düşünülmüşdür. Yaradılmış cəmi 5 qalereyaya paylaşmış 5 ulduzlu oteldə  47 otaq, 128 yataq, kafeteriy, TV-salon və kitabxanadan ibarət kompleksimiz  xidmət göstərməkdədir. Duzdağ Otelinin  Fizioterapiya mərkəzində  həkim,  24 saat mühafizə, təmizlik  Sizin xidmətinizdədir.  Müalicə olunan xəstələrimiz tibb personalın nəzarətində olurlar. Gundüz  saatlarında  otelimizin  rahat komfortlu otaqlarında Siz istirahət edə bilərsiz. Ğünün  yorğunluğunu, gərginliyini otelimizdə yerləşən  Aqua-parkda,  acıq və qapalı  havuzlarında,  basketbol, futbol meydançalarında,  tenis  kortlarında  və  sağlamlıq  mərkəzlərində  ata bilərsiniz.

Duzdağ Otelində Naxçıvanda SPA və Wellness

  • Hovuzlarımız - yarı olimpik,  1 ədəd  isidilə bilən, 1 ədəd  bağlı hovuz, 1 Aquaparklı acıq  hovuz, 1 jakuzi hovuzu.
  • Mini Futbol Sahəsi - 1 ədəd Suni çimən  xalı sahəsi.
  • Basketbol - 1 ədəd basketbol sahəsi.
  • Tennis - 1 ədəd beynəlxalq ölçüdə tennis meydançası.
  • Oyun Zalı - Bilyard, Langırt, Stolüstü Tennis, “Air Hockey”.
  • Uşaq Oyun Zalı  - (0-8) Yaş arası uşaqların əylənə biləcəyi oyun zalı.
  • İdman Zalı - 25 ədəd  professional alətlərdən ibarət  idman zalı.
  • Canlı Musiqi - Restoranımızda canlı musiqi ilə birlikdə yemək xidməti verilməkdədir.
  • SPA Mərkəzi - Spa mərkəzimizdə bir çox sağlamlıq və masaj xidmətləri təqdim edilməkdədir.
  • Türk Hamamı - Cüt  göbək  daşlı Türk hamamında kisə və  masaj: Kisə ilə məsamələrin açılmasını, ölü dərilərinin atılmasını, dərini bakteriyalardan təmizləyərkən bədənin açılıb nəfəs almasını təmin edir. Dərinizə canlılıq, sağlamlıq və parlaqlıq qazandırır. Bədəndəki mənfi enerjinin müsbət enerjiyə çevrilməsini təmin edir. SPA baxımlarına başlarkən bədənin SPA tətbiqlərindən ən mükəmməl şəkildə faydalanması üçün ideal mühiti hazırlayar və günəş allergiyası riskini azaldır.
  • Sauna - Kalori yandırar, Qan dövranını sürətləndirər, dərin və rahat  yuxu gətirər.  Zərərli toksinlərini dəri deşiklərindən təmizləyər, stressi cıxarar.
  • Buxar Duşu - Dəri təmizliyi üçün lazımı  istilikdə möhkəmləşmiş dərinin boşaldığını hiss edəcəksiniz. Buxar duşu mənfi enerjini müsbət enerjiyə çevirərkən məsamələrinizin açılmasını təmin edər. Yorğun  əzələlər və oynaqlar buxarın təsiri ilə boşalar və yerini rahatlamağa buraxar. Buxar duşu bədəndə gümrahlığı və zehinin də canlılığını təmin edər.
  • Jakuzi - Qan dövranını sürətləndirərkən və bədəndə doğan toksinləri dəri vasitəsi ilə bədəndən cıxardar. Eyni zamanda dəriyə qədər uzanan sinir uclarının xəbərdar edilməsi nəticəsində bəzi ağrıların dayanmasına, gündəlik həyatın gərginliyindən uzaqlaşmanıza köməkçi olar. Ayrıca,  idman fəaliyyətlərindən sonra və ya stressli,  yorucu bir günün sonunda hidromasaj, insan bədəninin köhnə dinamizmini qazanmasında çox əhəmiyyətli rol oynayır. Zehnin rahatlamasını  təmin edir.

Yeməklər  və  içkilər

Zərif restoranımızda milli Azərbaycan mətbəxi və beynəlxalq yeməklər yüksək səviyyədədir. Siz həmçinin ləzzətli dəniz qida məhsullarının  və çox gözəl kababların dadina baxa bilərsiniz. Ana Restoran - 250 nəfərlik restoranımızda açıq buffet və Ala Carte xidmət. Restoranımızda Azərbaycan Milli Mətbəxi, Türk və Dünya Mətbəxindən seçmə ləzzətləri dada bilərsiniz. Barımızda - (150 Nəfərlik) 24 saat boyunca isti-soyuq, spirtli-spirtsiz içkilər və kokteyllərimiz ilə xidmətinizdəyiz.