Şəhərin göbəyində yerləşən Hotel Du Port Fəvvarələr Bağı, Malakan Bağı, Torgovaya küçəsi, ticarət və biznes mərkəzləri kimi turist cəlb edən yerlərə yaxın olmaqla bərabər, həmçinin Qədim Şəhər, Qız Qalası və Şirvanşahlar Sarayı kimi tarixi abidələrə də çox yaxın ərazidə yerləşir. Hotel Du Port 18 geniş, tək / iki nəfərlik əla dizayna malik dəbdəbəli qonaq otaqlatını təklif edir. Bütün otaqlar iri ölçülü çarpayı və bütün lazımi avadanlıqlarla təchiz olunub.
Otelin birinci mərtəbəsində restoran və soyuq içkilər verilən, böyük ekranlı televizora və bilyard otağına malik pivəxana yerləşir.