Dizayn Cenay Azərbaycan xəritədə

Dizayn Cenay Azərbaycan

Sumqayıt, 76-cı məhəllə AZ1000 *** 2 səs

Dizayn Cenay Azərbaycan haqqında

2006-cı il Azərbaycanda Sumqayıt şəhərində yüksək keyfiyyətli polietilen boruların istehsalı üçün “Dizayn - Cenay Azərbaycan”MMC şirkətimiz açılmışdır. Şirkətimiz keyfiyyətli mal istehsal etmək üçün Avropadan və digər ölkələrdən alınan yüksək keyfiyyətli xammaldan istifadə edir. PE-80 və PE-100 markalı boruların istehsalında istifadə edilən xammaddə istifadə və təsir gücündən asılı olaraq test edilmiş, GOST, TS-1004, IS-1005, ISO-179, ISO-180 və digər dünya stndartlarına cavab verir. Zavodumuzdaki avadanlıqlar tam elektronik texologiyasıla təmin olunub 50 nəfər çalışanla ildə 7000 ton üzərində istehsal gücünə maliktir. Hal hazırda istehsal olunan borular respublikanın daxili bazarını təmin etməməklə yanaşı önümüzdəki illərdə istehsal gücünun artırılması hətta bu boruların xarici bazara ixracatı planlaşdırılmaqdadır.

Boruların əsas istifadə sahəsi

  • Təmiz su şəbəkə boruları
  • Təbii qaz boruları.
  • Kanalizasiya boruları

Dizayn - Cenay Azərbaycan şirkətinin məhsulları

İstifadə sahəsindən və sifarişdən asılı olaraq borular 4 atmosferdən 32 atmosferə qədər təzyiqə davam gətirə biləcək şəkidə istehsal edilir. Hal-hazırda bizim xətlərdə Ø40, Ø50, Ø63, Ø75, Ø90, Ø110, Ø125, Ø140, Ø160, Ø180, Ø200, Ø225, Ø250, Ø280, Ø315, Ø355, Ø400, Ø450 və Ø500мм diametirlik borular istehsal edilir. Ø40mm - Ø110 mm diametrə qədər olan bouların rahat daşına bilməsi və qaynaq sayısının azaldılması məqsədi ilə texniki imkanlarımızdan istifadə edərək boruları 100-250mt uzunluğunda tək parça rulon halında müştəriyə təslim edə bilirik. Bu borular asan birləşir, daşınması digər borulara nisbətən daha asandır, yer sürüşməsi və ya torpaq çökməsi nəticəsində qırılmır, çatlamır. Torpağın üstündəki yükü rahat daşıyır, uzun ömürlüdür. Torpaq altındakı istənilən şəraitdə (nəm,duz və s.) öz xüsusiyyətlərini dəyişmir. Zəmanət müddəti 50 ildir.