İsmayıllı rayon Tarix-diyarşünaslıq muzeyi xəritədə

İsmayıllı rayon Tarix-diyarşünaslıq muzeyi

Babək küçəsi, İsmayıllı, 26 AZ1000 *** 0 səs

İsmayıllı rayon Tarix-diyarşünaslıq muzeyi haqqında

1980-cı ildə Ümummilli liderimiz mərhum prezidentimiz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın bütün rayonlarında və şəhərlərində tarix muzeylərinin yaradılması haqqında qərar qəbul edilmishdir. Bunlardan bir də İsmayıllı rayon Tarix Diyarşünaslıq muzeyidir. Muzey 1981-ci ilin aprel ayında ilk tamaşaçılarını qəbul etməyə başlamışdır. Muzey 2 ekspozisiya-sərgi zalı, bir akt zalı, foye və bir neçə digər otaqlardan ibarətdir. Sahəsi 340 kv.m-dir. Muzey İsmayıllı tarixini öyrənmək, tədqiq etmək və yaşatmaq baxımından çox əhəmiyyətə malikdir. Muzeydə eramızdan əvvəl III-I əsrlərə aid arxeoloji gil, tunc, dəmir əşyalar; XVIII-XX əsrlərə aid geyim və məişət əşyaları; Dulusçuluq, misgərlik, xalqtətbiqisənəti, k/təsərüfatı, zərgərlik, silahlar, toxuculuq və və s. aid nümumələr saxlanılır.

Muzeyin məqsədi, insan cəmiyyətinin inkişafını əks etdirən maddi və mənəvi mədəniyyət abidələrini, eləcə də konkret diyarın tarixinə dair qiymətli sənət nümunələrini, sənədləri, görkəmli el sənətkarlarının düzəltdikləri əşyaları ( qiymətli silahlar və paltarlar, zərgərlik məmulatı, qiymətli qab-qacaq və s.), kitabələri və tabloları, heykəltaraşlıq əsərlərini (barelyef, qorelyef, qəbirüstü sənduqələr) ,diyarın tarixini, etnoqrafiyasını, məişətini əks etdirən və s.əşyaları toplamaq, mühafizə etmək, öyrənmək, nümayiş etmək və onları gələcək nəsillərə çatdırmaqdır.

İsmayıllı rayonu Antik dövr,Qafqaz Albaniyası və orta əsrlərə aid abidələrlə zəngindir. Bu baxımdan il ərzində muzeyə gələn tamaşaçılara əsasən bu dövrlər əks olunan mühazirələr oxunmuş, ekskursiyalar aparılmışdır. Rayonun ümumtəhsil məktəbləri, idarə və müəssisələri, Peşə Tədris Mərkəzi, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələri ilə əlaqələr yaradılır, onlar muzeyə dəvət olunur, ekskursiyalar aparılır, mühazirələr oxunur, tarixi dərslər təşkil olunur.

2002-ci ildən başlayaraq hər il ənənəvi keçirilən “Muzeylər gecəsi” aksiyası çərçivəsində Beynəlxalq Muzeylər Günü münasibəti ilə “açıq qapı” günü keçirilmiş, rayonun idarə, müəssisə və təşkilatları ümumtəhsil məktəbləri,məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri,Peşə Tədris Mərkəzinin şagird və müəllim kollektivi muzeyə dəvət olunmuş,ekskursiyalar aparılmış,tarixi mövzularda testlər təşkil olunmuşdur.