Dinamo Idman Cəmiyyəti xəritədə

Dinamo Idman Cəmiyyəti

Bakı, Xətai rayonu, Yusif Səfərov küçəsi, 24 AZ1000 *** 3 səs

Dinamo Idman Cəmiyyəti haqqında

«Dinamo» bədən tərbiyəsi və idman cəmiyyəti 1926-cı ildə Azərbaycan Fövqaladə Komissiyasının 9 mart 1926-cı il tarixli 28 №-li əmri ilə Bakı şəhərində yaradılmışdır. Həmin ildə Naxçıvan MR-də, 1927-ci ildə Lənkəran və Cəbrayılda, 1929-cu ildə Gəncə və Göytəpədə, 1931-ci ildə Zaqatalada və sonrakı illərdə Sumqayıt, Mingəçevir və digər bölgələrdə cəmiyyətin yerli qurumları yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 30.06.2001-ci il tarixli 518 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturuna İdman Cəmiyyəti idarə səlahiyyətli qurum kimi daxil edilmişdir.İdman Cəmiyyəti yarandığı gündən Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında ölkəmizin şərəfini ləyaqətlə qoruyan idmançılar yetişdirmişdir. Cəmiyyətdə 22 idman növü üzrə bölmələr fəaliyyət göstərir. Bunlardan 15-i (sərbəst güləş, yunan-roma güləşi, cüdo, boks, güllə atıcılığı, stend atıcılığı, bədii gimnastika, akrobatika, həndbol, taekvando, basketbol, böyük tennis, stolüstü tennis, badminton, atçılıq) olimpiya proqramına daxil olan, 7-si (karate, kik-boksinq, aykido, ciu-citsu, şahmat, uşu-sanda, atletizm) qeyri-olimpiya proqramına daxil olan idman növləridir.Cəmiyyətin nəzdində Naxçıvan MR-də 1500 yerlik stadion, boks və digər idman növləri üzrə idman sarayı, Gəncə səhərində güləş, sambo, cüdo, karate, taekvando və atletizm zalından ibarət idman sarayı, Bakı şəhərində Azərbaycan prospekti 32 ünvanda yerləşən idman sarayında güləş, cüdo, sambo, boks, kik-boksinq, atletizm, taekvando, şahmat və karate idman növləri üçün 9 idman zalı, 1 idman oyunları meydançası, Dənizkənarı bulvarda Yay İdman Kompleksi, İnşaatçılar prospekti 30 ünvanda Əlbəyaxa döyüş Mərkəzi, Azadlıq prospekti 157 ünvanda bir 50 metirlik, iki 25 metirlik (biri örtülü) və bir on metirlik nişangah, bir təlim sinfi, 1 ümumi fiziki hazırlıq zalından ibarət atıcılıq kompleksi fəaliyyət göstərir.