Digital Services xəritədə

Digital Services

Bakı, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 10 B AZ1078 *** 0 səs

Digital Services haqqında

“Digital Services Company” şirkəti 1999-cu ilin aprel ayında yaranmışdır. “Digital Services Company” şirkətinin başlanğıc mərhələsi, Azərbaycanda “Azərcell” mobil operatorunun abunəçiləri üçün mobil əyləncələr üzrə layihənin işə salınması ilə yaddaşda qalmışdır. Vaxtilə üç kompüter, bir yumaq məftil və ağlasığmaz ideyalar ilə fəaliyyətə başlayan “DSC” şirkəti, Azərbaycanda mobil telefonların sahibləri üçün əlavə və interaktiv xidmətlər sahəsində əvəzolunmaz liderə qədər yetişdi. Bu gün “DSC” şirkətində 30 əməkdaş çalışır, lakin komandanın orta yaşı əvvəlki kimi 25-dir. Biz, “Digital Services Company” şirkəti olaraq, Azərbaycan kontentini bütün dünya üzrə yaymaq və bu işdə ən öndə olmaq istəyirik. Dostlarımız hesab etdiyimiz abunəçilərimizlə isə ən yaxşı münasibətdə olmağı arzulayırıq. “Digital Services Company” şirkətinin çağırış mərkəzi hər gün saat 10:00-dan 23:00 qədər Sizin üçün işləyir.