Diaqnoz Tibb Mərkəzi xəritədə

Diaqnoz Tibb Mərkəzi

Bakı, Əhmədli qəsəbəsi, Xətai rayonu, Sarayeva küçəsi, 38C AZ1149 *** 2 səs

Diaqnoz Tibb Mərkəzi haqqında

Diaqnoz Tibb Mərkəzi 2003-cü ilin Fevral ayının 1-dən fəaliyyət göstərməyə başlamışdır. Fəaliyyətə başlayarkən cəmi səkkiz iş kabineti olmuşdur. yst2 2 Müəssisə Əhmədli qəsəbəsində açılan ilk özəl tibb mərkəzi olmaqla bərabər tezliklə əhali arasında nüfuz qazanmışdır. Müəssisəmizdə birinci gündən işə başlamış Respublikamızın tanınmış həkimləri:Həkim-laborantlar: Dr. Səyyarə Axundova, Dr. Elxan Seyidov; Dr.Sehla Memmedova ,Həkim radioloqlar: Dr. Cahan Hüseynova, Dr. Cəmilə Əfəndiyeva, Dr. Gülnarə Əliyeva;,Həkim-kardioloqlar: Dr. Turxan Yusifov və Dr. Ağadadaş Rəşidov;Həkim-ginekoloqlar: Dr. Guler Qarayeva, Dr. Zəkiyyə Hüseynova, Dr.Mesed Eliyeva və başqaları özlərinin dərin elmi bilikləri, çoxillik tibbi təcrübələri, ən əsası da öz sənətlərinə və müalicə etdikləri xəstələrə hörməti sayəsində Böyük Uğurlar əldə etmişlər.

Diaqnoz Tibb Mərkəzinin fəaliyyəti

Tezliklə əhalinin böyük rəğbətini qazanmış klinikamıza müraciət edən xəstələrin sayının kəskin artması müəssisənin genişləndirilməsinə və yeni binanın zəruriliyinə gətirib çıxarmışdır. Bütün bunları nəzərə alaraq 2005-ci ildə müəssisə üçün Sarayevo küçəsi 38 C ünvanda torpaq sahəsi alınmış, orada müasir tələblərə cavab verən 6 mərtəbəli bina inşa edilmişdir. Binada mərkəzi sərinlətmə, istilik sistemi, qaz sistemi və ventilyasiya sistemi beynəlxalq tələblər səviyyəsində qurulmuşdur. Bina “tibbi xəstəxana lifti” ilə də təchiz olunmuşdur. Yeni binada əhaliyə göstərilən geniş spektrli ambulator xidmətlə yanaşı 20 çarpayılıq cərrahi yönümlü Stasionar şöbəsi, ən müasir təlləblərə cavab verən Reanimasiya şöbəsi, son texnologiyalarla təchiz olunmuş əməliyyat blokları və sterilizasiya bloku qurulmuşdur. Ambulatoriya kabinetlərin sayı 40-a çatdırılmışdır.

Klinikanın şöbələri

  • Laboratoriya şöbəsi
  • Şüa-diaqnostikaşöbəsi
  • Ginekologiya şöbəsi
  • Nevrologiya şöbəsi
  • Stomatologiya şöbəsi
  • Endekrinologiya şöbəsi
  • Kardiologiya şöbəsi
  • LOR şöbəsi:
  • Fizioterapiya şöbəsi
  • Qastroentrelogiya şöbəsi
  • Cərrahiyyə şöbəsi
  • Oftalmologiya şöbəsi
  • Urologiya şöbəsi
  • Reanimasiya və İntensiv Terapiya şöbəsi
  • Pediatriya şöbəsi
  • Travmatologiya şöbəsi
  • Təcili Yardım şöbəsi
  • Dəri-Zöhrəvi şöbəsi
  • Andrologiya və Seksopotolgiya şöbəsi
  • Proktologiya şöbəsi
  • Terapiya şöbəsi
  • Gündüz Stasionarı

Diaqnoz Tibb Mərkəzinin fəaliyyət məqsədləri

Diaqnoz Tibb Mərkəzi MMC-nin qurulmasında əsas məqsəd klinikamızda dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə ambulator və stasionar tibbi xidmət göstərmək olmuşdur. Bizim öz işimizdə əsas prinsipimiz - əhaliyə göstərilən xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır.Biz yalnız ənənəvi müalicə üsullarından istifadə edirik. Bununla yanaşı tibbi praktikamızda Xalq təbabətinin bəzi elementləridən: zəli ilə müalicə, dərman bitkiləri ilə müalicə, bankaqoyma, Çin təbabətindən İynəbatırma və s. kimi üsullardan da istifadə edirik. Klinikamızda mənşəyi şübhə doğuran heç bir müalicə və müayinə üsullarından, o cümlədən müxtəlif bahalı qida əlavələrindən istifadə edilməsi qəti qadağan olunmuşdur.