Dəvəçi Broyler xəritədə

Dəvəçi Broyler

Məmməd Əmin Rəsulzadə küçəsi, Şabran, 35 AZ1000 *** 2 səs

Dəvəçi Broyler haqqında

"Dəvəçi Broyler" Açıq Səhmdar Cəmiyyəti 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-ci ildə yaranıb. Görkəmli siyasi və ictimai xadim Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsindən sonra müstəqil ölkəmizin iqtisadiyyatında gerçək bir canlanma yarandı. Ölkə iqtisadiyyatına xarici investisiya axını başladı, istər dövlət, istərsə də özəl sektorda müxtəlif təsərrüfat sahələri bir-birinin ardınca yenidən quruldu. İqtisadiyyatda bazar münasibətləri, dövlətin və bütünlükdə cəmiyyətin həyat fəaliyyətində normaya çevrildi, istehlak bazarının cizgiləri müəyyənləşdi, yerli istehsalatda hissedilən təkan müşahidə olunmağa başladı.

Dəvəçi quşçuluq fabriki 

Özəlləşdirmə üzrə I Dövlət proqramına uyğun olaraq, Dəvəçi quşçuluq fabriki 1997-ci ildə özəlləşdirmə prosesini uğurla keçib. Fabrikdə istehsalın əvvəlki gücünün bərpası, köhnəlmiş avadanlıqların əvəzinə müasir avadanlıqların gətirilib quraşdırılması, mövcud mexanizm və qurğuların sazlanaraq istifadəyə yararlı hala salınması və s. kimi yenidənqurma işlərinə 2002-ci ilin yanvarından başlanıldı və 6 ay ərzində müəssisə illik məhsul istehsalı üçün tam hazır vəziyyətə gətirildi. Bu yenidənqurmada Respublika Səhmdar-Kommersiya bankının "Dəvəçi Broyler" ASC-yə ayırdığı 13 milyard manat kredit istehsalın bərpasına yönəldilmişdir. Vaxtilə müəssisədə çalışan təcrübəli və ixtisaslı kadrlar yenidən istehsala cəlb olunmuşdur.

“Dəvəçi broyler” ASC-nin fabriki 135 hektar ərazidə yerləşir. Fabrikin ərazisində 90 tikili, o cümlədən 52 quş damı (quş saxlamaq üçün broyler tikililəri) fəaliyyət göstrərir və 800-ə qədər işçi çalışır. Müəssisənin illik quş əti istehsalının həcmi 13000 tondur.