Dəniz Uşaq Bağçası xəritədə

Dəniz Uşaq Bağçası

Bakı, Əbilov küçəsi, Xətai rayonu, 51 AZ1000 *** 12 səs

Dəniz Uşaq Bağçası haqqında

 Biz uşaqlarınızın sağlam və intelektual inkişafa yelkən açmasına və dünyagörüşünün genişlənməsinə imkan yaradırıq.Bağçamızın məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil yetişdirməyə çalışmaqdır. Bağçamız öz fəaliyyətində müasir məktəbəqədər təhsil metodlarını tətbiq edərək, hər bir uşağın fiziki və əqli xüsusiyyətlərinə fərdi yanaşaraq onların inkişafını təmin edir.

Bağçanın iş qrafiki

  • Bağça həftənin 5 iş günü saat 08:00 –dan 18:00 –dək fəaliyyət göstərir.
  • Bağçada yemək vaxtı 4 dəfə olmaqla 09:00, 11:00, 13:00 və 17:00 kimi, yuxu vaxtı isə 14:00 – dan 15:00 – dək müəyyən olunub.

Bağçadakı tədris qrupları:

  • Orta yaş Qrupu – 3 (2,5) yaşdan 4 (4,5) yaşadək rus dilli qrup
  • Məktəbə hazırlıq Qrupu – 4 (4,5) yaşdan 6 yaşadək azərbaycan dilli qrup
  • Məktəbə hazırlıq Qrupu – 4 (4,5) yaşdan 6 yaşadək rus dilli qrup
  • Bağçada məşğələlər 12-16 nəfərlik qruplarda keçirilir.

Qruplarda uşaqlarla işi tərbiyəçi, tərbiyəçi köməkçisi və dayə həyata keçirir. Bağçada uşaq psixoloqu (aqressivlik, qorxu, hiperaktivlik, diqqətsizlik, stress və s. psixoloji problemlərin həlli) və loqoped (nitq qüsurlarının aradan qaldırılması) xidmətləri də mövcuddur.

Bağçada aşağıdakı proqramlar tətbiq edilir.

  • Məktəbə Hazırlıq Proqramı
  • Proqrama daxildir: Oxu, Yazı, Məntiq, Say, Riyaziyyat və Musiqi notları məşğələləri və Davranış qaydaları
  • Məşğələlər 1 saat olmaqla həftədə 3 dəfə keçirilir.
  • İnkişaf Etdirici Proqram-Proqrama daxildir: Rəsm, Musiqi, Rəqs, Əl işi, Dünyanı tanıtım, Gimnastika, Təbiətşünaslıq məşğələləri
  • Məşğələlər 1 saat olmaqla həftədə 2 dəfə keçirilir.

Xarici Dil Proqramı

Proqrama daxildir: İngilis, Rus, Fransız dili məşğələləri, Danışıq Klubu və Teatr məşğələsi. Məşğələlər 1 saat olmaqla həftədə 3 dəfə keçirilir. Bunlarla yanaşı hər gün 1 saat olmaqla, gəzinti, film və nağıl saatı da təşkil edilir. Həmçinin Şənbə və Bazar günləri bağçada müxtəlif kurslar və şənliklər təşkil edilir. Ətraflı məlumat üçün bağça rəhbərliyi ilə əlaqə saxlayın.Biz uşaqlara özlərini tanımaq, ifadə etmək və əylənərək öyrənmək imkanı yaradırıq.