Dəmirçi Tower xəritədə

Dəmirçi Tower

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37 AZ1000 *** 2 səs

Dəmirçi Tower haqqında

Demirchi Tower şəhərin perspektiv və sürətlə inkişaf edən işgüzar hissəsində, Xətai metrosunun yanında (7 m) yerləşən 25 mərtəbəli İş Mərkəzidir. Şirkətimizin əsas fəaliyyət istiqaməti ofis binalarının inşaatı və onların idarə edilməsidir. Tower`in nəzdində 30 mərtəbəli avtomatik qaraj fəaliyyət göstərəcək. Ödənişə əsasən qarajda avtomobillər üçün yer təklif edilir. 

Dəmirçi Plaza xidmətləri

Təklif olunmuş qiymətə elektrik enerjisindən istifadə haqqı, telefon nömrələrinin alınması, abunə və danışıq haqlarından başqa aşağıdakı sabit məsrəflər və xidmətlər daxildir:

  • Şirkətin arzu və tələblərinə uyğun olaraq, tam təmir işlərinin aparılması;
  • 24/7 saat kəsintisiz elektrik enerjisi (elektrik kəsintisi zamanı elektrik enerjisi mövcud generatorlardan təmin ediləcəkdir);
  • 24/7 kəsintisiz su təminatı;
  • 24/7 güvənlik xidməti;
  • Hər gün otaqların yığışdırılması;
  • Hava şəraitinə uyğun olaraq daima (24/7) ofis sahəsinin kanal tipli kondisionerlərlə (Mitsubishi) soyudulmasını təmin etmək;
  • Payız və qış mövsümündə şirkətin mərkəzi istilik sistemindən ofisin bütün sahəsinin isidilməsini təmin etmək;
  • Hər il ofisdaxili otaqların boyanması və təmiri (ehtiyac duyulduğu təqdirdə);
  • Xarab olmuş lampaların, açarların dəyişdirilməsi;
  • Ayda 2 dəfə pəncərlərin silinməsi;
  • Binada 1 servis, 1 restoran və 8 ədəd yüksək sürətli “Kone” liftləri montaj edilib;
  • İcarədarların rahatlığı üçün 25-ci mərtəbədə 3 restoran və 1 kafe fəaliyyət göstərəcək;
  • Şirkətin təhlükəsizliyi üçün şirkətin yerləşdiyi mərtəbədə liftin, yanğın çıxış qapılarının, koridorların və ümumi istifadə yerlərində video nəzarət sisteminin quraşdırılması və bütün sistemin fasiləsiz çalışmasını təmin etmək;
  • Şirkətin yerləşdiyi Demirchi Tower`in daxilini və ətrafını mühafizə sistemi vasitəsi ilə nəzarət etmək və ola biləcək hər hansı bir xoşagəlməz hadisələr zamanı bu haqda şirkətin işçilərini dərhal bilgiləndirmək.