Debet Uniform xəritədə

Debet Uniform

Bakı, Xətai rayonu, Yusif Səfərov küçəsi, 76 L AZ1000 *** 3 səs

Debet Uniform haqqında

Debet Uniform şirkəti 1997-ci ildə yaradılıb. Şirkət korporativ geyimlər və təhlükəsizlik avadanlıqlarının istehsalı ilə məşğuldur. Bundan başqa, Debet Uniform bir neçə məşhur xarici şirkətin rəsmi distribütorudur. Şirkətin Gürsütanda nümayəndəliyi vardır.Debet Uniform fərdi mühafizə vasitələrinin, işçi və korporativ geyimlərinin istehsalçısı və satıcısı kimi fəaliyyət göstərməyə başlamışdır.Biz, müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə və onların istəklərini tam qarşılamaqla, müştəri məmnunluğunun təmin olunmasını qarşımızda məqsəd qoymuşuq. Biz, uzunmüddətli işgüzar münasibətlər qurmaqla daima satış həcmini artırırmağa çalışırıq. Bizim başlıca məqsədimiz müştərilərə münasib qiymətlərlə yüksək keyfiyyətli və sertifikatlaşmış məhsullar təqdim edərək bazarda mövcud olan tendensiyalar və tələblərlə ayaqlaşmaqdır. Debet Uniform öz fəaliyyətində tədricən, lakin davamlı inkişafı əsas götürmüşdür.

Debet Uniformda məhsul istehsalı

İstehsalatımız müasir texnalogiyalarla və yeni avadanlıqlarla təchiz olunmuşdur. Məhsulların istehsalında yalnız yüksək keyfiyyətli xammallardan istifadə olunur. İstehsal olunan ümumi təyinatlı, odadavamlı, görünmə dərəcəsi yüksək olan və başqa tipli işçi geyimlər, EN 340, EN ISO 11611, EN ISO 11612, EN ISO 14116 kimi Avropa Standartlarının və Fərdi Mühafizə Vasitələri üzrə 89/686/EEC Təlimatının tələblərinə cavab verir.

Distribyutorluq

Biz, 3M (East) AG | Bolle Safety | Honeywell Safety Products France S.A.S | MSA AUER GmbH | JAL GROUP S.r.l. | Portwest Clothing Ltd. | Johnstone Safety International LLP | Uvex Arbeitsschutz GmbH | Ansell B.V. | Evonik Stockhausen GmbH | Marigold Industrial Vertriebs GmbH | Capital Safety Group EMEA S.A.S. | COMASEC GmbH | ALLSAFE (FZC) və bir çox başqa tanınmış istehsalçı şirkətlərin Azərbaycandakı rəsmi distribyutoru və partnyoruyuq. Müştərilərimizin tam təminatı üçün anbarımızda, həmin şirkətlərin məhsulları geniş çeşiddə və böyük miqdarlarda saxlanılır.

SƏTƏM

Fərdi Mühafizə Vasitələrinin təchizatçısı kimi biz başa düşürük ki, əməyin təhlükəsizliyinin təmin olunması mühüm məsələlərdən biridir. SƏTƏM bizim fəaliyyətimizin əsas tərkib hissəsidir. Bütün prosedurlar şirkətin SƏTƏM üzrə təsdiq olunmuş siyasətinin prinsiplərinə uyğun olaraq həyata keçirilir.

Debet Uniformda keyfiyyəti İdarəetmə Sistemi

Debet Uniform MMC-nin Keyfiyyəti İdarəetmə Sistemi İSO 9001:2008 standartı üzrə sertifikatlaşdırılmışdır. Şirkətdə bütün biznes proseslər (satışın və satınalmanın idarə olunması, istehsalat və logistika prosesləri, kadr siyasəti və mühasibatlıq və s.) və sənədlərin dövriyyəsi (sənədlərin hazırlanması, razılaşdırılması, təsdiq olunması, qeydiyyatı və s.) mərkəzləşdirilmiş ümumi elektron bazadan ERP (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi vasitəsi ilə idarə olunur.

İşçi heyət

İşçi heyətimiz müvafiq sahələr üzrə peşəkar kadrlardan ibarətdir. Bütün bölmələr qarşıda qoyulan bütün məsələlərin həllində vahid komanda kimi fəaliyyət göstərir. İnsan Resursları şöbəsi kadrların seçilməsinə xüsusi diqqətlə yanaşaraq gələcək işçilərin peşəkarlığı ilə yanaşı, onların mədəniyyəti, dürüstlüyü və s. kimi fərdi xüsusiyyətlərinə çox böyük önəm verir. İşçilərin seçimi zamanı keçirilən müsahibələr rəhbərliyin iştirakı ilə keçirilir. Ümumi işçi heyət 90 nəfərdən ibarətdir.

Müştəriyönlülük

Müştəri məmnunluğunun qiymətləndirilməsi prosedurunun tələblərinə əsasən vaxtaşırı keçirilən sorğular, irad və şikayətlərin qeydiyyatı və təhlili, müştərilərin tələblərinin, istək və arzularının keyfiyyətlə yerinə yetirilməsində bizə kömək edir. Satış və Marketing şöbəsinin peşəkar işçiləri sifarişin qəbul olunduğu andan təhvil verildiyi anadək müştərilərin bütün istəklərini nəzərə alır, fərdi mühafizə vasitələrinin seçilməsi və istifadəsi ilə bağlı professional məsləhətlər verir, satışdan sonrakı müddətdə də müştərilərlə sıx əlaqədə olurlar.