Daştvənd Oteli xəritədə

Daştvənd Oteli

Yardımlı-Masallı yolu, Masallı AZ1000 *** 0 səs

Daştvənd Oteli haqqında

"Dəştvənd" Oteli Bakı şəhərindən 245 km aralı cənub bölgəsinin dilbər güşəsi olan Masallı şəhərinin ən görməli yerlərindən olan Yardımlı - Masallı yolunun kənarında, Talish dağlarının qoynunda yerləşir. Bu gözəl məkan hotelimizdə göstərilən yüksək xidmətlə həmahəng müştərilərimizin zövqünü oxşayır və onların məmnun qalmasına gətirib çıxarır. Müştəri məmnununluğu bizim əsas hədəfimizdır və bu yöndə göstərilən xidmətlərin keyfiyyətini daima artırmağa çalışırıq. "Dəştvənd" sözünün mənası çöl kənarı, dəniz kənarı deməkdir. Otel rayon mərkəzindən 5 km kənarda Ərkivan kəndinin qərbində Masallı - Yardımlı yolunun sol tərəfində yaradılmış ən gözəl istirahət zonasıdır."Dəştvənd" otelində Avropa üslubunda 30 otaq fəaliyyət göstərir. Bu otaqlardan başqa oteldə daha 5 ikimərtəbəli kettec də var. Kotteclərin birinci mərtəbəsində böyük holl, mətbəx, vanna otağı var. İkinci mərtəbədə isə vanna otağı ilə birlikdə 3 ikinəfərlik otaq var. Oteldə dincələnlər üçün tez-tez Yardımlı şəlaləsinə, Xəzər çimərliklərinə, istisu sanatoriyasına, Lənkəran və Astara şəhərlərinə, ərazidə olan meşələrə və bulaqlara gəzintilər təşkil edilir.

"Dəştvənd" oteli və İstirahət Mərkəzi Sizin istirahət ünvanınız

"Dəştvənd" otelinin 6 hektar ərazisi var. Otelin ətrafında iki süni göl yaradılıb. Göllərdə nadir quşlar və balıqlar yaşayır. İstirahət edənlər üçün bu göllərdə qayıq gəzintisinə çıxmaq, balıq tutmaq imkanları var. Göldə bisetkalar var. "Dəştvənd"in mətbəxində Avropa yeməkləri ilə yanaşı müasir və qədim Qafqaz yeməkləri təqdim olunur. Yeməklər "Dəştvənd"in öz fermasında bəslənən quşların və heyvanların məhsullarından hazırlanır.
"Dəştvənd" Oteli 150 nəfərlik restoran, 60 nəfərlik antik üslubda qurulmuş bar, müasir tələblərə uyğun qurulmuş sauna, hidromassaj, hovuzu və gözəl bağı vardır.