Dante Alighieri Society Bakı xəritədə

Dante Alighieri Society Bakı

Bakı, Səbail rayonu, Nizami küçəsi, 96 АZ1010 *** 3 səs

Dante Alighieri Society Bakı haqqında

2012- ci ildə İtaliyanın Azərbaycandakı Səfirliyi, İtaliya Xarici Ticarət əlaqələrinin inkişafı Təşkilatı, Azərbaycan Dillər Universitetinin dəstəyi ilə bir qrup gənc tərəfindən Cəmiyyətin Bakı Komitəsi təsis olundu.Dante Alighieri Cəmiyyəti 1889-cu ildə yaradılmışdır və dünyanın müxtəlif ölkələrində yerləşən komitələrinin köməyi ilə fəaliyyət göstərir. İndi hər qitədə "Dante" komitəsinin kursları, italyan dilini sevən tələbələrə nəinki təkcə dil, bununla yanaşı onun xarakterik cəhətləri, İtaliya təsviri sənəti, musiqisi, ədəbiyyatı, idman, film, teatr və modanı da öyrədir.

Dante Alighieri Cəmiyyəti Bakı Komitəsinin fəaliyyət dairəsi

  • İtalyan dilinin yerli və xarici müəllimlər tərəfindən beynəlxalq səviyyədə tədrisini təmin edən xüsusi proqramlar;
  • İmtahan sayəsində "PLIDA" beynəlxalq sertifikatının əldə edilməsi;
  • Danışıq klubu;
  • İtalyan incəsənət sərgisi və müxtəlif mədəni axşamlar;
  • İtalyan musiqiçilərinin konserti;
  • Müxtəlif təqdimatlar və müasir italyan filmlərin nümayişi;
  • Dante Alighieri Cəmiyyətinin tərəfindən Azərbaycanca- İtalyanca Lüğətin tərtibi, İtaliyan ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi.