Dalida restoranı xəritədə

Dalida restoranı

Bakı, Səbail rayonu, Nizami küçəsi, 34 AZ1000 *** 1 səs

Dalida restoranı haqqında

Dalida» - müasir və eleqant kafe olaraq - ən gözəl yerdir. Burada təkrarolunmaz atmosferlə, müsbət təsir göstərən hisslərlə, rahatlıqla, sevinclə öz dostlarınızla görüşə bilərsiniz. Baxmayaraq ki, «Dalida» 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir, qısa bir müddətdə o, bakılıların və şəhərimizin qonaqlarının sevimli görüş yerinə çevrilmişdir. Mətbəx, restoranın daimi müştərilərini tam olaraq dadlı hazırlanmış yeməklərlə həzz almağa imkan verir. Türkiyədən gələn təcrübəli baş-aşpaz həmişə nə isə bir yenilik fikirləşir və onu yeməklərin hazırlanmasında tətbiq edir, buna görə də onun yeməklərinin dadı heç vaxt eyni olmur. MENYU öz müxtəlifliyi ilə gələn qonaqları heyrətləndirir və daim sürprizlərlə dolu olur.

Dalidanın xidmətləri

Dalidada menyu o qədər müxtəlifdir ki, hər bir müştəri burada ona lazım olan dadı - ət xörəklərinin böyük çeşidini, о cümlədən balıq və toyuqdan müxtəlif yeməkləri, xəmir xörəklərini, tərəvəz yeməklərini, dadlı desert və müxtəlif içkiləri tapır. Dad bayramı о vaxtı başlayır ki, siz yeməkləri böyük rəngarəng jurnalı xatırladan orijinal MENYUdan seçirsiniz. Sonra, baş-aşpaz verilmiş təklifi improvizasiya edir. Ona görə də, onun əllərində məhsullardan hazırlanan yeməklər qeyri-adi alınır. İndi hər hansı bir şeylə qonaqları təəccübləndirmək çox çətindir, lakin «Dalida»da bu alınıb – belə ki, burada verilən bəzi sifarişlər qonaqların gözü qarşısında hazırlanır. Bu gün Bakıda belə tipli müəssisələr yoxdur. Yeməklərin hazırlanma üsulu elədir ki, restoranın təcrübəsiz qonağına belə nəticə tam aydındır, ona görə ki, məhsulun təbii dadının saxlanması, yaxşı dad hisslərinin qeyd olunması məqsədyönlüdür.

Bu da «Dalida»-nın aşpazlarının mükəmməliyyə çatmasına imkan yaradıb - bəzi qonaqların dediklərinə görə, Bakının heç bir yerində belə dadlı hazırlamırlar. Açıq mətbəxlə xidmətin öz xüsusiyyələri var - «Dalida»-da aşpazlar tək gözəl yeməklər hazırlamırlar,həm də qonaqlara dəyərli məsləhətlər verirlər, sousları və ədviyyatları necə düzgün uyğunlaşdırmaq barədə danışırlar.«Dalida»-nın interyeri- başdan-ayağa dizayner tapıntısıdır. «Dalida» rənglərin harmoniyası ilə təəccübləndirir, gözlənilməz işıq dalğaları, seçilmiş konstruksiyalar, interyerin yüngül transformasiya imkanları və müvafiq dekorlaşma ilə soft-modern üslubunda hazırlanıb.

Dizaynerlər daxili interyerin,aşpazlar isə yeməklərinin hazırlanmasında nə qədər təkmilləşsələr də, dadlı yemək yeməyi və maraqlı vaxt keçirməyi xoşlayanlar yenə də yayı gözləyirlər. Yay - hər kəsin səbirsizliklə gözlədiyi vaxtdır - uzun isti axşamlar, təmiz havada gözəl bayramlar, yeni görüşlər. Məhz «Dalida»nın, «Nərgiz» Ticarət Mərkəzinin bütün üçüncü mərtəbəsinin dairəsində yerləşən yay terrası, bakılılar və şəhərimizin qonaqları üçün gözəl hədiyyədir - dadlı, yeni və yüngül yeməklər, bakalda parıldayan çaxır və yay axşamının romantik atmosferini tamamlayan həzin musiqi.