Dalğa Elmi-İstehsalat Müəssisəsi xəritədə

Dalğa Elmi-İstehsalat Müəssisəsi

Bakı, Hövsan qəsəbəsi, Suraxanı rayonu, Rasim Şahsuvarov küçəsi, 1 AZ1089 *** 2 səs

Dalğa Elmi-İstehsalat Müəssisəsi haqqında

"Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-ci ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır.1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.

"Dalğa" Elmi-İstehsalat Müəssisəsinin fəaliyyəti

2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir."Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir."Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir."Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.

"Dalğa"EİM-in əsas fəaliyyət istiqamətləri

  • Naviqasiya, rabitə və informasiya sistemləri sahəsində elmi-texniki layihələrin işlənilməsi;
  • Dəniz naviqasiya sistemlərinin yaradılması, istehsalı və texniki xidməti;
  • İxtisaslaşmış naviqasiya, rabitə və informasiya emalı sistemlərinin yaradılması və istehsalı;
  • Dəniz nəqliyyat vasitələrinin məlumat-ölçü və diaqnostika sistemlərinin yaradılması və istehsalı;
  • Naviqasiya və rabitə sistemlərinin təkmilləşdirilməsi, quraşdırılması, sazlanması, işə salınması və təmiri;
  • Naviqasiya, rabitə və digər texniki vasitələrin iqlim və mexaniki təsirlərə davamlılıq sınaqlarının keçirilməsi;
  • Neft və qaz nəqletmə platformaları və stansiyaları üçün nəzarət, ölçü və idarəetmə sistemlərinin yaradılması və istehsalı;
  • Fərdi sifarişlər əsasında nəzarət, ölçü və idarəetmə sistemlərinin layihələndirilməsi və istehsalı.

"Dalğa" Elmi-İstehsalat Müəssisəsinin məhsulları-Xüsusi təyinatlı məhsullar (Proqram üzrə),Mülki təyinatlı məhsullar

Mülki təyinatlı məhsullar

  • Su kollektoru;
  • Transformatorlar (1 kVt-a gədər);
  • Dəniz suyunda işləyən nasosun valı və işçi çarxları;
  • Hidravlik maşının yağ paylayıcı lövhəsi;
  • Dişli çarxlar və bloklar;
  • Qaz buraxan klapanların yəhəri və ştoku;
  • Rezin kipləşdiricilər və kipkəclər;
  • Qaz kompressorları üçün 3 və 6 hissədən ibarət isti kipkəclər;
  • Rezindən işçi çarxlar;
  • Kompressorlar üçün klapanlar.