Dalğa Beach Aquapark Resort xəritədə

Dalğa Beach Aquapark Resort

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sahil, 55c AZ1000 *** 77 səs

Dalğa Beach Aquapark Resort haqqında

Dalğa Beach Aquapark Kompleksin xidmət məkanlarına 10 hovuz, 5 restoran, 7 bar, 6 müxtəlif su sürüşkənləri, uşaq klubu, su idman növləri üçün hovuzlar, gündüz oyunları məkanları, VIP hovuz və digər məkanlar, gecə klubu, çeşidli günəş yataqları daxildir.

Dalğa Beach Aquapark Bakı - Giriş qiyməti və tariflər

  • Bazar ertəsi - cümə axşamı: 25 AZN
  • Cümə - bazar: 35 AZN
  • 0-6 yaş arası: pulsuz (maksimum 2 nəfər)
  • 6-12 yaş arası: 15 AZN (maksimum 2 nəfər)
  • Giriş qiymətinə daxildir: Qarderob, hovuzlar, hovuz ətrafı günəş yataqları, duş kabini, sudan istifadə, dəsmal və sürüşkənlər.

Dalğa Beach Aquapark kompleksinin ödənişli xidmətləri və qiymətlər

  • VIP paltardəyişmə otaqları: 150 AZN (max 4 nəfər)
  • Hovuzun içindəki 3 adada yerləşən VIP günəş yataqları: 20 AZN
  • Dəniz yolunda yerləşən taxta evciklər və günəş yataqları: 40 AZN (2 nəfər üçün)
  • Bambukdan düzəldilən evciklər: 20 AZN
  • İcarəyə verilmədiyi günlərdə xanımlar üçün hovuz: 20 AZN
  • VIP hovuzun kirayəsi: 2500 AZN
  • Kids Club: 20 AZN (ad günü keçirilərsə, 25 AZN. Qiymətə tort, içki və sürpriz daxildir).
  • Uşaq baxıcısı üçün hər saata: 10 AZN
  • Night club (1-4-cü günlər): 30 AZN (saat 00:00-a qədər giriş pulsuzdur)
  • Night club (5-7-ci günlər): 50 AZN
  • Night club VIP zona 4 nəfər üçün: 400 AZN (hər əlavə şəxsə görə 100 AZN)
  • VIP house 2 günlük həftəsonu 4 nəfər üçün: 5000 AZN (hər əlavə şəxsə görə 1000 AZN)
  • VIP house 1 günlük həftəiçi 4 nəfər üçün: 2000 AZN
  • Sörfing hovuzu 10 dəqiqə: 10 AZN
  • İş saatları - 7/24
  • Avtomobil dayanacağı - resortumuzun girişində 500 avtomobillik avtopark yerləşir.

Dalğa Beach Bakı - Hovuzlar

3 autopot da daxil olmaqla 6 müxtəlif su sürüşkənində bütün gün boyu əylənə bilərsiniz. Su sürüşkənlərindən yalnız 12 yaşdan yuxarı qonaqlarımız istifadə edə bilərlər. 3 hovuzda gün boyu müxtəlif su oyunları keçiriləcək ki, burada istədiyiniz qədər əylənə bilərsiniz. 7 cür dalğa yaradan Dalğa və okeanda sörf hissi yaradan Sörf hovuzumuzda isə əyləncənin sərhəddini aşacaqsınız. Resortumuzun dəniz sahilində Azərbaycanda ilk dəfə tətbiq olunacaq Paraşüt, Skuter, Playboard, Seabob, Banana, Mable, Flyfish, Ringo kimi su əyləncə növlərində özünüzü sınaya bilərsiniz. 60 sm dərinliyi olan Uşaq hovuzumuz isə azyaşlı qonaqlarımıza xidmət göstərəcək. Resortumuzda üzmə hovuzlarından başqa 3 dekorativ hovuz da yerləşir.

Dalğa Beach Resort Bakı - Uşaq Klubu

4 yaşından yuxarı azyaşlı qonaqlarımız üçün yaradılan “Kids club”da valideynlər uşaqlarını rahatlıqla əməkdaşlarımıza əmanət edə bilərlər. Burada uşaqlar üçün həftənin 7 günü səhər saat 10:00-dan axşam saat 19:30-a qədər xüsusi proqramlar, əyləncəli oyun və viktorinalar təşkil edilir. Əlavə olaraq azyaşlı qonaqlarımıza uşaq yeməklərini təklif edən Burger restoranı, onların təhlükəsiz üzə bilmələri üçün dərinliyi 60 sm olan hovuz xidmət göstərir. 0-3 yaşlı uşaqlar buraya valideynləri ilə gələ bilər və ya onlar üçün dayə sifariş oluna bilər.

Gecə klubu Dalğa Aqua parkında

Xüsusi girişi olan gecə klubumuza resort ərazisinə girmədən də daxil ola bilərsiniz. Klubumuz xüsusi səs və işıq sistemlərindən istifadə olunacaq ikimərtəbəli binadan ibarətdir. Buradakı sistemlər istehsalçı şirkət tərəfindən geniş satışa hələ 2017-ci ildə çıxarılacaq. Disko klubda dünyaca məşhur DJ-lər də qonaq olacaq. Onlar hər 15-20 gündən bir 1-2 həftəlik müştərilərə xidmət etmək üçün "Dalga Beach Aquapark Resort"da olacaqlar. Hər gün təşkil olunacaq rəqs şouları isə sizə xüsusi anlar yaşadacaq. Burada həmçinin, VIP zona da müştərilərin xidmətindədir. Gecə saat 24:00-a kimi gecə klubuna giriş ödənişsizdir.

Aquaparkda paltardəyişmə otaqları 

Resortumuzun girişində 500 nəfər qadın və 500 nəfər kişi qonaqlarımız üçün yalnız qol lenti ilə açılan qardiroblar ayrılıb. Öz şəxsi əşyalarınızı burada saxlayaraq resortumuzda rahatlıqla əylənə bilərsiniz. Qardirobların olduğu yerdə dəsmal, su və duş kabinlərindən istifadə tamamilə ödənişsizdir.

VIP Zona Dalğa Beach Mərdəkan

Xüsusi qonaqlarımız üçün ayrılan VIP zonaya daxil olan xidmətlərimiz aşağıdakılardır:

  • 6 paltardəyişmə otağı - girişin sağında və solunda yerləşən bu otaqları bir günlük icarəyə götürmək mümkündür. Bu otaqlar maksimum 4 nəfər üçün nəzərdə tutulub.
  • Hovuzun içindəki 3 adada yerləşən VIP günəş yataqları
  • Dəniz gedən yolda yerləşən taxta evciklər və günəş yataqları
  • Bambukdan düzəldilmiş evciklər
  • Yelləncəklər
  • VIP hovuz - bu hovuz maksimum 20 nəfərin istifadəsi üçün nəzərdə tutulub. Gündüzlər üzmək üçün, axşamlar isə kiçik tədbirlər üçün bu hovuzu icarəyə götürmək mümkündür. Hovuzun icarəyə götürülmədiyi günlərdə yalnız qadınlar əlavə ödəniş etməklə bu hovuzdan istifadə edə bilərlər.
  • Gecə klubunda VIP zona - xüsusi qonaqlarımız gecə klubunda olan 4 nəfərlik VIP lojalardan istifadə edə bilərlər.
  • Buradakı VIP evlər 2 yataq və 2 istirahət otağı, salon, sauna, masaj otağı, hovuz və terrasdan ibarətdir. Burada, həmçinin, məhz sizə köməklik göstərmək üçün xüsusi əməkdaşlarımız xidmət göstərəcək.VIP evdən istifadə edən müştərilərimiz üçün VIP zonada yerləşən bütün xidmətlər ödənişsiz olacaq. Həmçinin, soft işçilərin xidmətləri və müxtəlif meyvə çeşidləri Sizə hədiyyə ediləcək.
  • Banket və Tədbirlərin - Resortumuzun ərazisində xüsusi banket və tədbirlər keçirmək mümkündür.