“Dad Catering and Support Services” MMC (qısa adı-Dad Catering) 2011-ci ildə təsis olunduğu andan etibarən istər istehsalatda (zavod, fabrik, mədən və s.), istərsə də ofis binalarında (xidmət sahələri) fəaliyyət göstərən şirkətlərə yüksək səviyyəli katering xidməti həyata keçirir.Dad Catering şirkəti məhsullarının hazırlanmasında Azersun, Anchor, Veyseloglu, PalSud, Atropatena,Avrora,Gilan-Jalə, Pinar və qida sahəsində fəaliyyət göstərən bir çox başqa aparıcı şirkətlərin çox çeşidli məhsullarından istifadə edir.
Ərzaq və qeyri-ərzaq malları gigiyenik və uyğunluq sertifikatları ilə qəbul olunur. Həmin mallar standartlara uyğun olaraq quru anbar və xüsusi soyuducu kameralarda saxlanılır. Məhsulun hazırlanmasında keyfiyytətinə və gigiyenik şərtlərin yerinə yetirilməsinə xüsusi nəzarət olunur.Hər gün bütün mətbəx və avadanlıqlar sterilizə olunur. Məhsul xüsusi sterilizə olunmuş qablarda və termobokslarda şirkət tərəfindən istənilən ünvana çatdırılır. Daşınmada istifadə olunanan avtomobillər sanitariya pasportları ilə təmin olunub və gigenik normalara uyğundur. Personalımız katering sahəsində öz sözünü demiş təcrübəli aşbazlardan təşkil olunub. Bütün personalın tibbi müayinədən keçməsinə ciddi nəzarət olunur.