Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası xəritədə

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 145 AZ1000 *** 1 səs

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası haqqında

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə - televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. uranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.

Şuranın fəaliyyəti

Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir.

Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır. Şura üzvləri öz aralarından sədr və sədr müavini seçirlər. Şuraya rəhbərliyi Şuranın sədri həyata keçirir.

Şura teleradio məkanının vahid inkişaf konsepsiyasını hazırlayır və həyata keçirir; teleradio yayımının texniki və keyfiyyət standartlarını müəyyən edir; teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verir, bu məqsədlə müsabiqə keçirir; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada teleradio yayımçılarına qarşı inzibati tənbeh və digər məsuliyyət tədbirləri tətbiq edir. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq təşkilat qruplarında Yayım Şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işini təşkil edir. Şura onun səlahiyyətlərinə aid məsələlərə dair televiziya və radio yayımçıları üçün məcburi olan qərarlar qəbul edir.

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Milli Televiziya və Radio Şurasının qərarları normativ xarakterli akt hesab edilir. Şura xərclər smetasının daxilində Şura aparatının işçilərinin say həddini müəyyən edir, aparatını formalaşdırır və struktur bölmələrini yaradır.