Nəsirəddin Tusi adına Klinika xəritədə

Nəsirəddin Tusi adına Klinika

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 53 AZ1009 *** 4 səs

Nəsirəddin Tusi adına Klinika haqqında

N. Tusi adına Klinika geniş profilli müalicə - diaqnostika müəssisəsi olub poliklinika və stasionar şöbələrindən ibarətdir. Klinikanın instrumental diaqnostika bölməsi ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Laborator və kliniki müayinələr ( laboratoriya şöbəsində 300dən artıq geniş spektrli testlər aparılır. İlk dəfə olaraq Azərbaycanda N. Tusi adına Klinikada müasir PZR diaqnostikanın bütün tələblərinə cavab verən şöbə yaradılmışdır), ultrasəs müayinə ( ultrasəs müayinə kabineti premium klass Philips iU22 x MATRİX rəqəmli ultrasəs sistemi ilə təchiz olunmuşdur. Bu sistem unikal funksional imkanlara malikdir (Live 3D4D – real zaman daxilində 3 ölçülü təsvirlərin alınması, dölün 3D4D USM-i, doppleroqrafiya), endoskopik müayinələr (endoskopiya şöbəsi Yaponiyanın Pentax və Olympus firmalarının videoendoskopik avadanlıqları ilə təchiz olunmuşdur.

N. Tusi adına Klinikanın xidmətləri

Müasir avadanlıq mədə-bağırsaq və tənəffüs sistemi xəstəliklərinin qısa zaman ərzində və ağrısız müayinə olunmasına imkan yaradır), rentgen (Azərbaycanda ilk dəfə olaraq N. Tusi adına Klinikada tam rəqəmli PHİLİPS Duo Diaqnost Rail rentgen aparatı qurulmuşdur. Müayinə zamanı şüalanmanın dozası qat-qat azalmışdır), kompyuter tomoqrafiya ( klinikanın radioloji şöbəsində Multislice PRESTO aparatı quraşdırılmışdır), maqnit rezonans tomoqrafiya ( hazırda N. Tusi adına Klinikada Azərbaycanda ilk dəfə olaraq açıq tipli maqnit rezonans tomoqrafiyadan istifadə olunur), funksional diaqnostika ( klinikada müasir ultrasəs sisteminə malik Philips IE-33 aparatı vasitəsilə exokardioqrafiya müayinəsi aparılır) (kompyuter elektroensefaloqrafiyasının bir sıra üstünlükləri vardır: EEQ qeydlərinin riyazi hesablanması, spektral və koqerent analiz, rəngli topoqrafik kartlaşdırılma və s.. Bu üstünlüklər beyin strukturunda olan patoloji ocaqların lokalizasiyasını dəqiqləşdirməyə imkan verir).