Cihan xəritədə

Cihan

Bakı, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 53 A AZ1000 *** 0 səs

Cihan haqqında

Cihan Şirkəti 1996-cı ildən fəaliyyət göstərməkdədir. Azərbaycanda reklam və poliqrafiya sahəsində çalışan ilk şirkətlərdən olan Cihan reklam şirkəti bütün bu illər ərzində çoxsaylı daimi müştərilər əldə etmiş və onların etimadını qazanmışdır. Bu şirkətlərin arasında bir sıra banklar, habelə rabitə, kimya, qida, xidmət və s. sahələrdə çalışan böyük özəl şirkətlər, dövlət müəssisələri və digərləri var. Şirkətimizin əsas fəaliyyəti üç istiqamətdədir: bütün növ xarici və daxili reklam lövhələri, promosyon məhsulları və mətbəə məhsullarının hazırlanması. Yüksək zövq və fərqli dizayn prinsipilə hazırladığımız reklam məhsulları təkcə Bakı şəhərində deyil, Azərbaycanın müxtəlif regionlarında da nümayiş etdirilir. Reklam işlərimizdən nümunələr bu saytda təsvir olunmuşdur. Keyfiyyətli reklamın şirkətin fəaliyyətində və böyüməsində ən önəmli faktorlardan olması bilinən həqiqətdir. Yüksək səviyyədə xidmət və bunun nəticəsində müştəri məmnuniyyəti əsas iş prinsipimizdir. Keyfiyyətli məhsul təqdim etməklə həm öz şirkətimizin, həm də müştərilərimizin inkişafına nail olmaq isə ən başlıca məqsədlərimizdəndir.