Çudo Peçka 28 May m. xəritədə

Çudo Peçka 28 May m.

Bakı, Nəsimi rayonu, Füzuli küçəsi, 79 AZ1000 *** 1 səs

Çudo Peçka 28 May m. haqqında

İlk “Çudo Peçka” mağazası 2001-ci ilin 6 iyun tarixində Bakının mərkəzində “Nizami” parkı yaxınlığında Azərbaycan prospektində açılıb. O zaman ölkədəki ilk bu tip mağaza idi.Bu gün “Çudo Peçka” şəhərin mərkəzində və qəsəbələrində yerləşən 14 mağaza-kafe ilə xidmət göstərir. Bütün mağaza-kafelər şəbəkədə birləşir və bir mərkəzdən idarə olunur. Hər gün təxminən 20 min insan “Çudo Peçka”ları ziyarət edir. “Çudo Peçka” qənnadı məhsulları və fast-food üzrə Azərbaycandakı ən geniş şəbəkədir. Şirkətin baş ofisində hər gün əməkdaşlar üçün treyninqlər keçirilir. Bunlar xidmət səviyyəsinin artırılmasına və məhsulların keyfiyyətinin qaldırılamasına yönəlmiş təlimlərdir. Treyninqlərdə yeni işçilərə məhsullar barədə məlumat verilir, hazırlanma qaydaları öyrədilir. “Çudo Peçka”da daim yeni növ məhsullar olduğu üçün həmin yeni məhsullar barədə informasiya verilməsinə daim ehtiyac duyulur. Həmçinin, müştərilərlə davranış qaydaları ilə bağlı təlimlər də keçirilir.

Çudo Peçka şirkətinin mükafatları

“Çudo Peçka” qurulduğu gündən etibarən daim inkişaf edib və bu unkişaf müxtəlif yerli və beynəlxalq qurumların diqqətindən yayınmayıb.

  • 2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən “Quality Summit”də “Çudo Peçka”ya “Yüksək Keyfiyyət və Biznes Prestiji” sahəsində Qızıl Mükafat verilib.
  • 2004-cü ildə Fransanın paytaxı Parisdə “World Quality Commitment”in “Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu” təqdim olunub.
  • 2004-cü ildə Avstryanın paytaxtı Vyanada “XXI əsr Prestij və Keyfiyyət üzrə “Actualidad” mükafatı”nı alıb.
  • 2005-ci ildə Almaniyanın Frankfurt şəhərində “Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya”sında “Arch of Europe” mükafatı verilib.
  • 2005-ci ildə İngiltərədnin paytaxtı Londonda “Bəynəlxalq Keyfiyyət Tacı” ilə mükafatlandırılıb.
  • 2005-ci ildə İsveçrənin Cenevrə şəhərində “Century International Diamond Quality Era Award”a layiq görülüb.
  • 2006-cı ildə Beynəlxalq Biznes Şurası “Milli İqtisadiyyatın Lideri” olması münasibəti ilə “Çudo Peçka”nı “Şərəf Ordeni” ilə təltif edib.
  • 2006-cı ildə Azərbaycanda “Uğur” mükafatlandırılmasında “İlin Şirkəti” elan olunub.