İlk “Çudo Peçka” mağazası 2001-ci ilin 6 iyun tarixində Bakının mərkəzində “Nizami” parkı yaxınlığında Azərbaycan prospektində açılıb. O zaman ölkədəki ilk bu tip mağaza idi.Bu gün “Çudo Peçka” şəhərin mərkəzində və qəsəbələrində yerləşən 14 mağaza-kafe ilə xidmət göstərir. Bütün mağaza-kafelər şəbəkədə birləşir və bir mərkəzdən idarə olunur. Hər gün təxminən 20 min insan “Çudo Peçka”ları ziyarət edir. “Çudo Peçka” qənnadı məhsulları və fast-food üzrə Azərbaycandakı ən geniş şəbəkədir. Şirkətin baş ofisində hər gün əməkdaşlar üçün treyninqlər keçirilir. Bunlar xidmət səviyyəsinin artırılmasına və məhsulların keyfiyyətinin qaldırılamasına yönəlmiş təlimlərdir. Treyninqlərdə yeni işçilərə məhsullar barədə məlumat verilir, hazırlanma qaydaları öyrədilir. “Çudo Peçka”da daim yeni növ məhsullar olduğu üçün həmin yeni məhsullar barədə informasiya verilməsinə daim ehtiyac duyulur. Həmçinin, müştərilərlə davranış qaydaları ilə bağlı təlimlər də keçirilir.
“Çudo Peçka” qurulduğu gündən etibarən daim inkişaf edib və bu unkişaf müxtəlif yerli və beynəlxalq qurumların diqqətindən yayınmayıb.