Çoban Bulaq İstirahət Kompleksi xəritədə

Çoban Bulaq İstirahət Kompleksi

Xudat magistralı, Nabran, Xaçmaz AZ1000 *** 1 səs

Çoban Bulaq İstirahət Kompleksi haqqında

“Çoban bulaq” istirahət kompleksi Azərbaycanın şimal hissəsində, füsunkar təbiətli Xaçmaz rayonunda yerləşir. Bu ərazini daha da gözəlləşdirən onun Xəzər dənizinin sahilində yerləşməsidir. Belə ki, “Çoban bulaq”dan Xəzərin sahilinə 15 dəqiqəlik yol var. Çimərliyə getmək arzusunda olanlar avtobus vasitəsilə çimərliyə çatdırılır.

İstirahət guşəsi - “Çoban bulaq” İstirahət Kompleksi

Çoban bulaq başqa istirahət guşələrindən öz orijinallığı, möhtəşəmliyi ilə seçilir. Burada insanların istirahətini çox rahat, yüksək səviyyədə təmin edən hər cür şərait vardır.
Həyətə 1000 m³-ə bərabər həcmi olan, beşqat suyu təmizlənən hovuz xüsusi yaraşıq verir.
İdman meydançaları, o cümlədən uşaqlar üçün əyləncə meydançaları gözəl istirahətə xüsusi təminat verir.
Burada qonaqlar üçün gözəl şəraitli mehmanxanalar, bir ailə üçün nəzərdə tutulmuş xüsusi koteclər vardır. Otaqlardakı avadanlıqların hamısı müasir standartlara cavab verir. Milli və Avropa mətbəxini özündə birləşdirən zəngin menyunun dadı bu istirahət mərkəzinə təşrif buyuran hər kəsin uzun müddət yadında qalır.
Bundan başqa, burada yüksək internet xətti vardır. Eyni zamanda, peyk antenalarının köməyilə insanlar dünyanın müxtəlif kanallarını izləmək imkanı əldə etmiş olurlar.
Çoban bulaq istirahət kompleksi istirahət etmək istəyən hər bir zövqlü insana öz səviyyəli xidmətlərini göstərməyə hazırdır.