Azərbaycan Respublikası Hesablama Palatası xəritədə

Azərbaycan Respublikası Hesablama Palatası

Bakı, Səbail rayonu, Xaqani küçəsi, 33 AZ1000 *** 1 səs

Azərbaycan Respublikası Hesablama Palatası haqqında

Azərbaycan Respublikasının Hesablama Palatası — Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı. Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanıdır.Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq 12 iyun 2001-ci ildə yaradılmış və 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlamışdır.Hesablama Palatasının Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Milli Məclisi daimi komissiyalarının sorğuları əsasında maliyyə-büdcə ekspertizası keçirmək, rəy hazırlamaq və təkliflər vermək səlahiyyəti var.Hesablama Palatası dövlət büdcəsinin, icmal büdcənin və büdcədənkənar dövlət fondlarının gəlirlərini və xərclərini təhlil edərkən zərurət yarandıqda müəssisə və təşkilatlarda audit aparmaq səlahiyyətinə malikdir.

Hesablama Palatasının funksiyaları

dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək;
dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy vermək;
dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıb Milli Məclisə təqdim etmək;
dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək;
Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirmək;
dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edib Milli Məclisə məlumat vermək;
dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasını Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alıb təhlil etmək və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər vermək;
dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq.