Caspian Event Organisers xəritədə

Caspian Event Organisers

Bakı, Xətai rayonu, Nobel prospekti, 15/7 AZ1000 *** 1 səs

Caspian Event Organisers haqqında

“Caspian Event Organisers LLC” şirkəti konqres, konfrans və iclaslar üçün geniş spektrli xidmətlər, o cümlədən planlaşdırma və inzibati idarəetmə, tenderin keçirilməsində köməklik, qeydiyyat, yerində idarəetmə və təhlükəsizlik, dövlət orqanları ilə əlaqə, ictimaiyyətlə əlaqələr üzrə dəstək və (mehmanxana və otellərdə) yerləşdirmə xidmətlərini təklif edir. Sosial proqramlar çərçivəsində göstərilən dəstək xidmətlərinə tədbirlərin açılışı və bağlı elan olunması üzrə rəsmi mərasimlər, təntənəli axşam ziyafətləri, furşet, gəzməli-görməli yerlərə ekskursiyalar və idman tədbirlərinin təşkili daxildir. İclas, konfrans və irimiqyaslı konqreslərin təşkili sahəsində 15+ illik iş təcrübəsi sayəsində peşəkar konfrans təşkilatı (PCO) heyəti bütün dövlət orqanları, beynəlxalq təşkilatlar və beynəlmiləl korporasiyaların etimadını qazanmışdır.

Caspian Event Organisers şirkəti ilə əməkdaşlığın faydaları

  • Konqreslərin təşkili - Konqreslərin təşkili və həyata keçirilməsi sahəsində qazandığımız uğurlu iş təcrübəsi hər hansı tədbirlə bağlı fəaliyyətlərin operativ və problemsiz icrasını təmin edir: biz layihənin bütün mərhələlərində yaxından iştirak edirik və bu zaman strateji planlaşdırmadan tutmuş əlaqələndirmə, əməliyyatlar, yerində idarəetmə, qiymətləndirmə və tədbirsonrası xidmətlərə qədər hər bir xırdalığa böyük diqqət yetiririk.
  • Tədbirlərin təşkili və həyata keçirilməsi - Biz istənilən korporativ tədbir, o cümlədən kiçik iclaslar, böyük konfranslar, xüsusi müştəri həvəsləndirmə tədbirləri, kollektivçilik ruhunun aşılanması üzrə tədbirlər, mükafatlandırma və ya açılış mərasimləri, hər hansı məhsulun təqdimat mərasimləri və ya bu tədbirlərin hər hansı kombinasiyası üzrə kompleks xidmət və məsləhətlər təklif edirik.
  • İclasların təşkili və həyata keçirilməsi -  Biz fəaliyyətimizin ilk günlərindən etibarən müxtəlif ixtisas sahələrində çalışmışıq və buna görə də, həmin sahələrin xüsusi tələbat, təlimat və məhdudiyyətləri haqqında dərin biliklərə yiyələnmişik. İstənilən tədbiri təşkil edərkən, biz dünya miqyaslı tələblərdən tutmuş iştirakçıların vətəni olan ölkələrin yerli təlimatlarına, habelə Azərbaycan Respublikasının daxili qaydalarına qədər normaların bütün təfsilatlarını nəzərə alırıq. Biz etibarlı, çevik və əzmkar tərəfdaş olmaq üçün müvafiq agentlik və assosiasiyalarla sıx əməkdaşlıq çərçivəsində öz bilik və təcrübəmizi daim yeniləyirik.
  • Ölkədaxili tədbirlərin təşkili - Ölkədaxili tədbirlərin peşəkar təşkili və həyata keçirilməsi üzrə xidmətlərimiz yerli təcrübə və resurslar xüsusunda dərin və cari biliklərə əsaslanır və tədbir, fəaliyyət, tur və loqistika məsələlərinin planlaşdırılması və həyata keçirilməsini ehtiva edir. Biz tədbirin keçiriləcəyi yerin seçilməsi, iştirakçıların mehmanxanada (oteldə) yerləşdirilməsi, toplantı üzrə qeydiyyat prosesi, yerüstü nəqliyyat, gəzməli-görməli yerlərə səfərlər, toplantı üçün müvəqqəti işçilər, yemək, əyləncə, natiqlər, gül kompozisiyaları, fotoqraflar, hədiyyələr və bir sıra digər məsələləri həll edirik.
  • Biz məhdud sayda iştirakçısı olan idarə heyəti iclaslarından tutmuş minlərlə nümayəndənin iştirak etdiyi toplantılara, habelə təlim seminarları və ya satış heyətinin həvəsləndirilməsi üzrə tədbirlərə qədər, eləcə də konqres iştirakçılarının mehmanxanada yerləşdirilməsi və sosial proqramlara kimi bütün tədbirlər üçün istənilən təyinat məntəqəsində ən yaxşı iclas zalları, restoranlar, iaşə xidməti (banket) müəssisələri, dekor və tərtibat işləri, nəqliyyat və digər əlaqədar xidmətləri sifarişçilərin xüsusi istək və arzularını nəzərə almaqla təmin edirik.